Gündəm
FIG: "Bakı idman tədbirlərinin mərkəzi qismində mövqeyini daha da möhkəmləndirir"
6-7 may tarixlərində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şura iclası keçiriləcək. Bu barədə FIG-in rəsmi saytında məlumat yerləşdirilib.
"Məni MTN-ə gətirib 100 min manat istədilər"
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır
"Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar". Bunu Türkiyə Boks Federasiyasının rəhbəri Eyyub Gözgeç deyib. Onun sözlərinə görə, boksçular yarışlara hazırlıq məqsədilə Balıkesir vilayətinin Ayvalık şəhərindəki düşərgədə məşq edirlər: "Çox şadıq ki, IV İslam Həmrəyliyi Oyunları qardaş ölkədə - Azərbaycanda keçirilir. Türkiyə və Azərbaycan idmançılarına yarışlarda uğurlar arzulayırıq".
Ruslar erməniləri işlədib, pulunu vermir - GÜMRÜDƏ TƏTİL BAŞLADI
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasında tətil başlayıb. Bazada çalışan 100-ə qədər erməni əməkdaş maaşlarını ala bilmədiklərini bildirir. Etiraz edənlər fevral, mart və aprel ayların əmək haqlarını ala bilmir. Onlar vəsaitin Moskvadan göndərildiyini, lakin paylanmadığını iddia edir. Etirazçılar hərbi bazanın rəhbərliyi ilə görüşmək istəyir.
Gürcüstanın avtomobil bazarı çökür - SƏBƏB
Üçüncü ölkələrdən gətirilən avtomobillərin Gürcüstan üzərindən ixracı minimum həddə enib. Bir vaxtlar olduqca əlverişli biznesə çevrilən bu cür əməliyyatların həcmi kəskin azalıb.
"Ətraf mühiti qorumaq pərdəsi altında TAP layihəsinə qarşı çıxmağın yeri yoxdur"
"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprel ayının sonunda İtaliyaya səfəri təkcə ona görə xüsusi əhəmiyyət kəsb etmir ki, bu il rəsmi Roma və Bakı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur, həmçinin ona görə ki, bu münasibətlər bu gün həm iqtisadi, həm də siyasi baxımdan xüsusi strateji əhəmiyyətə malikdir".
Ramazan ayının başlanma tarixi açıqlandı
Azərbaycanda bu il Ramazan ayının başlanma tarixi məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə görə, bu il Ramazan ayı mayın 27-də başlayacaq. Müqəddəs ayın Qədr gecəsi (əhya) iyunun 13-də, 15-də, 17-də və 21-də olacaq. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.
Ramnat Sinqh Fonia: "Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır"
"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həllinə səy göstərərək beynəlxalq dialoqun yaradılması üzrə mühüm təşəbbüsdür". Bunu Hindistan Memarlıq Araşdırmaları Mərkəzinin baş direktoru Ramnat Sinqh Fonia deyib. Onun sözlərinə görə, dünya ölkələrindən nümayəndələrin bir araya gəlməsi mütləq müsbət nəticələrə gətirib çıxaracaq: "Multikulturalizm mərkəzi olan Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır".
Bakı Biznes Universitetində beynəlxalq konfrans
Bakı Biznes Universitetində “Səmərəli islahatların uğurlu nəticələri:reallıqlar,perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü illiyinə həsr olunub.
Rusiyada həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı tutulub
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Rusiya İstintaq Komitəsinin regional bölməsinin yaydığı məlumatda bildirilir ki, saxlanılan Xancanov Balaş Allahşükür oğlu hazırda dindirilir.
Ofisdən 15 minlik qızıl qələmlər oğurlandı
Bakı şəhəri, Səbail rayonunda oğurluq faktı qeydə alınıb. N.Rəfibəyli küçəsində 1986-cı il təvəllüdlü Ülviyyə Abdalovaya məxsus ofisdən açarseçmə yolu ilə 15 000 manatlıq qızıl qələmlər, 3 800 manat dəyərində qızıl-zinət əşyaları və 12 ədəd möhür oğurlanıb.
Leyla Vəkilova xatırlandı
BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü
Mayın – 4 də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyasının ölkə həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratdığını, onu qüdrətli dövlətə çevirdiyini bildirib.
“Naxçıvanın türk-islam mədəniyyəti abidələri”
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərli uzun illərdir ki, tarix və mədəniyyətimizdə xüsusi yeri olan epiqrafik abidələrimizlə bağlı tədqiqatlar aparır. Bölmədən “Olaylar” – a bildirlib ki, İslamın yayıldığı zamanlardan meydana gələn müxtəlif təyinatlı tarixi-memarlıq nümunələrimizin ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənir, bununla bağlı monoqrafiya, kitablar və məqalələr hazırlayıb geniş oxucu kütləsinə çatdırır. Epiqraf alimin bu günlərdə “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” adlı monoqrafiyası işıq üzü görüb.
Burkina-Faso rəsmisi: "Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir"
"Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir". Bunu Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien deyib. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır: "Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydandır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var".














