Burkina-Faso rəsmisi: "Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir"

"Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir". Bunu Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien deyib. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır: "Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydandır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var".

Qeyd edək ki, mayın 4-də Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31