Rusiyada həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı tutulub

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Rusiya İstintaq Komitəsinin regional bölməsinin yaydığı məlumatda bildirilir ki, saxlanılan Xancanov Balaş Allahşükür oğlu hazırda dindirilir.

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Rusiya İstintaq Komitəsinin regional bölməsinin yaydığı məlumatda bildirilir ki, saxlanılan Xancanov Balaş Allahşükür oğlu hazırda dindirilir. Hadisə aprelin 26-sı axşam saatlarında baş verib. Çerniqovsk küçəsində 31 yaşlı Azərbaycan vətəndaşı odlu silahla qətlə yetirilib. Onun xırda ticarətlə məşğul olduğu və kirayədə yaşadığı bildirilir. Hüquq-mühafizə orqanları hadisədə şübhəli bilinən Balaş Xancanov barəsində axtarış elan etmişdi. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31