Bakı Biznes Universitetində beynəlxalq konfrans

Bakı Biznes Universitetində  “Səmərəli islahatların uğurlu nəticələri:reallıqlar,perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının  94-cü illiyinə həsr olunub.

Bakı Biznes Universitetində  "Səmərəli islahatların uğurlu nəticələri:reallıqlar,perspektivlər" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının  94-cü illiyinə həsr olunub.

Tədbiri keçirməkdə məqsəd yerli və xarici mütəxəssisləri,alimləri,ictimai xadimləri,investorları və digər maraqlı tərəflərin iştirakı ilə mövzu ətrafında müzakirələr təşkil etmək,innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir.

Konfransı  giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru,iqtisad elmləri doktoru,professor  İbad Abbasov  açıb. Tədbirdə  İtaliya, Rusiya  Federasiyası, Rumıniya, Litviya, Latviya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdən dəvət olunmuş qonaqlar maraqlı məruzələrlə çıxış edəcəklər. Beynəlxalq konfransda "Azərbaycanın yaxın və uzaq gələcəkdə inkişaf strategiyasına dair bəzi düşüncələr", "Demoqrafik inkişaf və məşğulluq problemləri", "Səmərəli islahatlarda hesabatlılığın əhəmiyyəti", "Heydər Əliyevlə başlanan aqrar islahatlar və uğurlu inkişaf reallıqları", "İqtisadi inkişafda elmi potensialdan səmərəli istifadə yolları", "Yeni mərhələdə sahibkarlığın inkişafında şəffaflıq məsələləri", "European agricultural reforms,since the Rome treaty",  "Переход к новой модели регулирования бухгалтерского учёта в Росси",Psychology of the insurance  clients in a new stage", "İmplementation perspectives of  emmission trading scheme as an important prerequisite for effective mitigation of climate chance", "The principles of the state support of innovative business in Latvia", İmprovement of public policy in the sphere of higer education funding as the mechanism of providing national economy efficiency", "The role and importance of innovative policy in terms of European integration"mövzuları ətrafında müzakirələr keçiriləcək. Bu gün beynəlxalq elmi-praktiki konfrans öz işini gənc tədqiqatçılar, doktorantlar və magistrlərin  aktiv iştirakı ilə davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31