“Naxçıvanın türk-islam mədəniyyəti abidələri”
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərli uzun illərdir ki, tarix və mədəniyyətimizdə xüsusi yeri olan epiqrafik abidələrimizlə bağlı tədqiqatlar aparır. Bölmədən “Olaylar” – a bildirlib ki, İslamın yayıldığı zamanlardan meydana gələn müxtəlif təyinatlı tarixi-memarlıq nümunələrimizin ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənir, bununla bağlı monoqrafiya, kitablar və məqalələr hazırlayıb geniş oxucu kütləsinə çatdırır. Epiqraf alimin bu günlərdə “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” adlı monoqrafiyası işıq üzü görüb.
4 May 2017 16:14 SosialAMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərli uzun illərdir ki, tarix və mədəniyyətimizdə xüsusi yeri olan epiqrafik abidələrimizlə bağlı tədqiqatlar aparır. Bölmədən "Olaylar" - a bildirlib ki, İslamın yayıldığı zamanlardan meydana gələn müxtəlif təyinatlı tarixi-memarlıq nümunələrimizin ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənir, bununla bağlı monoqrafiya, kitablar və məqalələr hazırlayıb geniş oxucu kütləsinə çatdırır. Epiqraf alimin bu günlərdə "Naxçıvanın türk-islam mədəniyyəti abidələri" adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada Naxçıvan Muxtar Respublika ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyət nümunələri, o cümlədən məscidlər, mədrəsələr, türbələr, imamzadələr, körpülər, karvansaralar haqqında məlumat verilib.