Ramnat Sinqh Fonia: "Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır"
"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həllinə səy göstərərək beynəlxalq dialoqun yaradılması üzrə mühüm təşəbbüsdür". Bunu Hindistan Memarlıq Araşdırmaları Mərkəzinin baş direktoru Ramnat Sinqh Fonia deyib. Onun sözlərinə görə, dünya ölkələrindən nümayəndələrin bir araya gəlməsi mütləq müsbət nəticələrə gətirib çıxaracaq: "Multikulturalizm mərkəzi olan Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır".
4 May 2017 16:52 Siyasət"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həllinə səy göstərərək beynəlxalq dialoqun yaradılması üzrə mühüm təşəbbüsdür". Bunu Hindistan Memarlıq Araşdırmaları Mərkəzinin baş direktoru Ramnat Sinqh Fonia deyib. Onun sözlərinə görə, dünya ölkələrindən nümayəndələrin bir araya gəlməsi mütləq müsbət nəticələrə gətirib çıxaracaq: "Multikulturalizm mərkəzi olan Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır".
Qeyd edək ki, mayın 4-də Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Trend.az