Leyla Vəkilova xatırlandı

Bakı Xoreoqrafiya Akademiyasında  məşhur balerina Leyla Vəkilova anılıb. Akademiyadan "Olaylar" - a bildirlib ki, Leyla Vəkilovanın 90 illik yubileyi  adını daşıyan zalda növbəti möhtəşəm  tədbirlə keçirildi.

Tədbiri giriş sözü ilə açan Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, xalq artisti Kamilla Hüseynova Leyla Vəkilovanın həyat  və yaradıcılığından söhbət açdı. Onun Azərbaycan balet sənəti və ümumiyyətlə milli xoreoqrafiya sənətinə verdiyi töhfələrdən danışdı.

Daha sonra Xoreoqrafiya Akademiyasının şagird və tələbələri Leyla Vəkilovanın dünya və Azərbaycan klassikasından vaxtı ilə canlandırdığı obrazların partiyalarını ifa ediblər. Proqramda "Jizel", "Qaraca qız", "Şopeniana", "Don Kixot", "Qız qalası" və "Qu gölü" baletlərindən parçalar yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31