Gündəm
İslamiadada mübarizə aparacaq Azərbaycan paralimpiya millisinin HEYƏTİ
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycan paralimpiya millisinin heyəti açıqlanıb. Paralimpiyaçılar "Bakı-2017"də idmanın iki növü üzrə mübarizə aparacaqlar. Atletika yarışlarında millimizin heyətində Elçin Muradov, Nurlan İbrahimov, Elmir Cəbrayılov, Ülvi Şıxəliyev, Kamil Əliyev, Teymur Qasımov, Zeynidin Bilalov, Rasim Babayev, Samir Nəbiyev, Oloxan Musayev, Vladimir Zayets, İslam Qəhrəmanzadə, İradə Əliyeva, Yelena Çebanu, Oleq Panyutin və Zeynal Misgərli çıxış edəcəklər.
Ermənilər Ağdamda BQXK əməkdaşlarını və fəhlələri atəşə tutdu
Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub. Hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.
Azərbaycan prezidenti ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.
Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH
Azərbaycanın şimal qonşusu Rusiyanın Prezidenti Vladimir Putinin son üç gündə keçirdiyi görüşlər, apardığı danışıqlar bölgə və dünyanın təhlükəsizliyi baxımından vacib sayıla bilər.
Ermənistanı hər il 30 min insan tərk edir
2002-ci ildən bəri hər il 30 minə yaxın insan Ermənistandan köçür. Bunu hökumətin iclasında Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib. Onun sözlərinə görə, hazırda Ermənistandan köçün seçkilərlə bağlı olub-olmamasına dair statistika mövcud deyil.
Bakıda qızına toy edən biznesmenin evini yaranlar tutuldular
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. DİN xəbər verir ki, iş adamı İlqar Niyazovun mənzilindən külli miqdarda pul oğurlamış şəxslər müəyyən edilib.
Sülh Platforması nəzdində “Sülh Səfirləri” institutu təsis olunub
Ermənistan Azərbaycan Sülh Platformasının nəzdində “Sülh Səfirləri” institutu təsis olunub. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, “Sülh Səfirləri” Sülh Platformasına üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvləridir.
Psixiatr: “Psixoloqların, psixiatrların arasında nə qədər desən savadsız var"
“Statistika göstərir ki, son 10-15 ildə Azərbaycanda intihar hadisələrinin sayı 5-6 dəfə artıb. 20-30 il əvvəl Azərbaycanda intiharlar SSRİ ölkələri arasında ən aşağı səviyyədə idi. Həmin dövrdə bu, ailə, adət-ənənələr, dinə münasibətlə izah edilirdi. Bu gün də cəmiyyətdə münasibətlər eyni olaraq qalır. Deməli, cəmiyyətdə gərginlik, intihara aparan səbəblər, sosial ədalətsizlik artıb”.
"Azərenerji": Elektrik enerjisi tariflərində artım gözlənilmir
"Azərenerji" ASC-nin məcmu öhdəliklərinin 70%-i xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır. Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Vətəndaş cəmiyyətlərin inkişafı siyasi plüralizmin bariz göstəricisidir
Məlum olduğu kimi siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruri şərtlərdəndir.
Bir gün də yaşasa, müdafiə naziri olacaqdı - Generalın ölümünün böyük sirri - VİDEO
Azərbaycanın igid oğlu, general-mayor Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olub. Azərbaycanlı general-mayordur. 1910-cu il yanvarın 22-də Lənkəranda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
YUNESKO: Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi sülh mühitini yaratmaqdır
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi insanlar arasında sülh mühitinin yaradılmasıdır. Bunu YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif deyib. Onun sözlərinə görə, məqsəd münaqişələrin qarşısının alınmasından ibarətdir: "Bizim burada etdiklərimiz YUNESKO-nun bütün dünyada mədəniyyətlərarası dialoqla bağlı səylərinin bir hissəsidir".
Ermənistanın geosiyasi xülyası: saxta ssenarilərin izi ilə
Amerika ilə Rusiya arasında Yaxın Şərqdə və Şərqi Avropada mübarizə kəskinləşdikcə, bir sıra dövlətləri qorxu bürüyür. Ermənistan onların sırasında birinci yerdədir.
“Neft Daşları” yatağında yeni quyu qazılır
“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2666 nömrəli quyunun qazma işləri uğurla davam etdirilir.”OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə gör, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1620 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Ankara-Moskva yaxınlığa hər iki ölkənin maraqlarına cavab verir
“Türkiyə və Rusiya liderlərinin görüşü bir-birinə səmimi münasibətindən irəli gələn görüş yox, bu, əslində diplomatik zərurətdən irəli gələn görüşdür. Mən təkcə nəticəni deyil, eyni zamanda bu görüşün reallaşmasını müsbət addım hesab edirəm. Bu gün Rusiya dünyada sanki təklənmiş vəziyyətdədir.














