Ankara-Moskva yaxınlığa hər iki ölkənin maraqlarına cavab verir
“Türkiyə və Rusiya liderlərinin görüşü bir-birinə səmimi münasibətindən irəli gələn görüş yox, bu, əslində diplomatik zərurətdən irəli gələn görüşdür. Mən təkcə nəticəni deyil, eyni zamanda bu görüşün reallaşmasını müsbət addım hesab edirəm. Bu gün Rusiya dünyada sanki təklənmiş vəziyyətdədir.
4 May 2017 15:29 Siyasət"Türkiyə və Rusiya liderlərinin görüşü bir-birinə səmimi münasibətindən irəli gələn görüş yox, bu, əslində diplomatik zərurətdən irəli gələn görüşdür. Mən təkcə nəticəni deyil, eyni zamanda bu görüşün reallaşmasını müsbət addım hesab edirəm. Bu gün Rusiya dünyada sanki təklənmiş vəziyyətdədir. Qərb dünyası tərəfindən bu ölkəyə qarşı sanksiyalar tətbiq olunur. Bu gün demək olar ki, Türkiyə də Rusiya kimi Qərb tərəfindən təklənib və dışlanmaqdadır". Bunu deyən millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, bu gün beynəlxalq və regionda yaranmış durum, eyni zamanda Türkiyəyə olan təhdidlər. Ankaranı Moskva ilə yaxınlığa vadar etdiyindən, münasibətlərin indiki şəraitdə yaxınlığı hər iki ölkənin maraqlarına cavab verir: "Ən azından bu yolla özlərini bu təcriddən qoruya bilir və müqaviməti təşkil edirlər. Hesab edirəm ki, Türkiyə ilə Rusiya yaranmış durumu dəyərləndirib əlaqələrini daha sıx inkişaf etdiməlidirlər. Bu hər iki ölkənin maraqlarına xidmət edir. Ən azından hər iki ölkənin lideri vəziyyəti dəyərləndirib regionda sabitliyə nail olmalıdır". Millət vəkili sonda bildirib ki, Rusiya Türkiyə arasındakı yaxınlaşma Avropa tərəfindən qısqanclıqla qarşılanır: "Bir zamanlar Türkiyə ilə Rusiya arasında gərginlik yaradan ölkələr və qüvvələr bu gün bu münasibətlərin yaxınlaşmasından ciddi əndişə keçirirlər. Odur ki, mən görüşü tək iki ölkə münasibətləri baxımından deyil, eyni zamanda Türkiyə-Azərbaycan-Rusiya münasibətləri baxımından da müsbət hal kimi dəyərləndirirəm".