Gündəm

Heydər Əliyev Oğuz Bilik evində anıldı

4 May 2017 15:28

Martın 4-də Bilik Fondunun Oğuz rayon Bilik evində Ümummilli lider Heydər Əliyevin doğum gününün 94 illiyi münasibəti ilə “dəyirmi masa” keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Oğuz rayon Məşğulluq İdarəsinin əməkdaşları, rayon ziyalıları və Bilik Evinin müəllim və tələbələri iştirak edib.

Evdən 5 min aparan yeniyetmələr yaxalanıb

4 May 2017 15:27

Abşeron rayonunda törədilmiş oğurluğun üstü açılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən mayın 2-də Masazır qəsəbəsindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.

Evləri qarət edən dəstə zərəsizləşdirlib

4 May 2017 15:26

Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari il aprelin 9-dan mayın 3-dək olan müddətdə Binəqədi rayonu ərazisindəki evlərdən birindən qapının qıfılını sındırmaq yolu ilə məişət texnikası və əşyalar oğurlanıb.  Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ülvi Hacıyev, Vitali Qliyev, Bəhruz Mustafayev, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev və Kürdəmir rayon sakini Fərizə Heydərova tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki daha 3 evdən ümumilikdə 1300 manat pul, 4270 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Başına küt alətlə vuraraq qətlə yetirdi

4 May 2017 15:25

Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Britaniyalı professor: Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır

4 May 2017 15:21

Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya üçün olduqca vacib əhəmiyyət daşıyır. Bunu  Böyük Britaniyanın Coventry Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru professor Mayk Hardi deyib. O qeyd edib ki, artıq 4-cü dəfə keçirilən Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır:“Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs ediləndən mən bu prosesə qatılmışam və bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir”.

Britaniyalı professor: Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır

4 May 2017 15:21

Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya üçün olduqca vacib əhəmiyyət daşıyır. Bunu  Böyük Britaniyanın Coventry Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru professor Mayk Hardi deyib. O qeyd edib ki, artıq 4-cü dəfə keçirilən Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır:“Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs ediləndən mən bu prosesə qatılmışam və bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir”.

Azərbaycandan 40 min nəfər Türkiyəyə mühacirət edib, 7300-ü daimi məskunlaşıb

4 May 2017 15:16

Ötən il ərzində Azərbaycandan Türkiyəyə mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Bu barədə Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir.

İranda kömür mədənində partlayış: ölənlərin sayı 35 nəfərə çatdı

4 May 2017 15:15

İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii bildirib. Bundan əvvəl, hadisə nəticəsində 21 nəfərin öldüyü, 69 nəfərin xəsarət aldığı bildirilirdi.

Əfqanıstan prezidenti Paksitana səfər dəvətindən imtina etdi

4 May 2017 15:13

Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay Pakistana səfər dəvətindən imtina edib. O bunu yerli televiziyalardan birinə müsahibəsində bildirib. “Məzari-Şərif, Amerikanın Kabul Universiteti, Qəndahardakı terrorları törədənləri bizə təhvil verməyənədək mən Pakistana səfər etməyəcəyəm”,- deyə Əfaqnıstan prezidenti vurğulayıb.

Markedonov: “Qarabağ münaqişəsində status-kvonun Moskva və ya Vaşinqton tərəfindən pozulacağını gözləmək yanlışdır”

4 May 2017 15:01

“Cənubi Qafqazdakı münaqişələrin güc yolu ilə həlli mövcuddur”. Bunu rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tarix elmləri namizədi Sergey Markedonov Müasir Rusiya Tarixi Muzeyində Cənubi Qafqazdakı münaqişələrə həsr olunan “Zaqafqaziya: münaqişələr arxada qalıb, yoxsa irəlidədir?” mövzusunda mühazirəsində deyib.

BMT-nin ali nümayəndəsi: “Dünyada İlham Əliyev kimi liderlərə böyük ehtiyac var” - YENİLƏNİB

4 May 2017 14:58

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.

PA nümayəndəsi: “Heydər Əliyev hakimiyyətə gələndə cənubda qondarma "respublika" yaradılmışdı, şimalda "sadvalçılar" at oynadırdı"

4 May 2017 14:57

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir" adlı tədbir keçirilib.

Samux rayonunda avtomobil yolunun yenidən qurulması yekunlaşır

4 May 2017 14:55

Samux rayonu, Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan işlər artıq yekunlaşmaq üzrədir.

Təhsil naziri Misirin ali təhsil və elmi tədqiqat nazirinin birinci müavinini qəbul edib

4 May 2017 14:54

Təhsil naziri Mikayıl Cabbarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam El-Din El-Sayed El-Malehini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin universitetlər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

"Qoca sinyora"nın "quru" seriyası: rekorda bir addım qalıb

4 May 2017 14:52

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Monako"ya qalib gələn "Yuventus" (0:2) ardıcıl 6 oyunda qapısında qol görməyib. Bu matçlardan 5-i pley-off mərhələsinə təsadüf edib. Belə ki, "qoca sinyora" sonuncu dəfə qrup mərhələsində "Sevilya" ilə oyunun 9-cu dəqiqəsində qola üzülmüşdü. 3:1 hesabı ilə italiyalıların xeyrinə başa çatan həmin görüşdən sonra turinlilərin qapısını "döyən" olmayıb. Bu isə 621 dəqiqəlik "quru" seriya deməkdir. Maraqlıdı ki, bu 6 oyunun sadəcə 1-də qapıda Canluici Buffon olmayıb ki, həmin matçda onu Neto əvəzləyib.