Evləri qarət edən dəstə zərəsizləşdirlib

Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari il aprelin 9-dan mayın 3-dək olan müddətdə Binəqədi rayonu ərazisindəki evlərdən birindən qapının qıfılını sındırmaq yolu ilə məişət texnikası və əşyalar oğurlanıb.  Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ülvi Hacıyev, Vitali Qliyev, Bəhruz Mustafayev, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev və Kürdəmir rayon sakini Fərizə Heydərova tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki daha 3 evdən ümumilikdə 1300 manat pul, 4270 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31