Samux rayonunda avtomobil yolunun yenidən qurulması yekunlaşır
Samux rayonu, Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan işlər artıq yekunlaşmaq üzrədir.
4 May 2017 14:55 SosialSamux rayonu, Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan işlər artıq yekunlaşmaq üzrədir. "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildirilib ki, layihə çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün yolun yararsız qruntu 1 metrə qədər qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib. Artıq yolun 17 km-lik hissəsində qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri yekunlaşdırılaraq 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə isə yolun 147 min m2 sahəsinə asfalt döşənməsi nəzərdə tutulub. Görülən işlər tam olaraq başa çatdıqdan sonra 8 ədəd avtobus dayanacağı, zəruri olan yerlərdə isə 95 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 73.5 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəklişi işləri aparılacaq.