"Qoca sinyora"nın "quru" seriyası: rekorda bir addım qalıb
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Monako"ya qalib gələn "Yuventus" (0:2) ardıcıl 6 oyunda qapısında qol görməyib. Bu matçlardan 5-i pley-off mərhələsinə təsadüf edib. Belə ki, "qoca sinyora" sonuncu dəfə qrup mərhələsində "Sevilya" ilə oyunun 9-cu dəqiqəsində qola üzülmüşdü. 3:1 hesabı ilə italiyalıların xeyrinə başa çatan həmin görüşdən sonra turinlilərin qapısını "döyən" olmayıb. Bu isə 621 dəqiqəlik "quru" seriya deməkdir. Maraqlıdı ki, bu 6 oyunun sadəcə 1-də qapıda Canluici Buffon olmayıb ki, həmin matçda onu Neto əvəzləyib.
4 May 2017 14:52 İdmanÇempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Monako"ya qalib gələn "Yuventus" (0:2) ardıcıl 6 oyunda qapısında qol görməyib. Bu matçlardan 5-i pley-off mərhələsinə təsadüf edib. Belə ki, "qoca sinyora" sonuncu dəfə qrup mərhələsində "Sevilya" ilə oyunun 9-cu dəqiqəsində qola üzülmüşdü. 3:1 hesabı ilə italiyalıların xeyrinə başa çatan həmin görüşdən sonra turinlilərin qapısını "döyən" olmayıb. Bu isə 621 dəqiqəlik "quru" seriya deməkdir. Maraqlıdı ki, bu 6 oyunun sadəcə 1-də qapıda Canluici Buffon olmayıb ki, həmin matçda onu Neto əvəzləyib.
Qeyd edək ki, "Yuventus"dan başqa cəmi 2 komanda pley-off mərhələsində ardıcıl 5 oyunda qol buraxmayıb. Bunu 2004/05 mövsümündə "Milan", 2005/06 mövsümündə isə "Arsenal" bacarıb. Apasport.az