Gündəm

Daniel Alveş Messini geridə qoydu

4 May 2017 14:48

"Yuventus"un müdafiəçisi Daniel Alveş Çempionlar Liqasında "Monako" ilə görüşdə 2 məhsuldar ötürmə verməklə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Ramil Usubov yeni rəis və rəis müavini təyin etdi

4 May 2017 14:47

Daxili işlər orqanlarında yeni təyinatlar olub.  Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinin rəisi təyin olunub. Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qadını vurub öldürən sürücü aradan çıxıb

4 May 2017 14:44

Mayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Porche" markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub. Sürücü avtomobillə hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən X.Məmmədova orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub. Bu arada hadisəni törədən sürücü Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı avtomobilin nömrəsi də diqqət çəkib - 99-BS-999. Qeyd edək ki, hadisənin qurbanı olan Gürcüstan vətəndaşı Xəyalə Məmmədovanın 24 yaşı vardı. Faktla əlaqədar cinayət işi başlanılıb.

Evinə oğru girən qadın özünü 2-ci mərtəbədən atıb

4 May 2017 14:42

Qadın oğrunun qapını dəmir boru ilə açmasını görərək özünü 2-ci mərtəbədən atıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 3-də saat 5 radələrində DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı – polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki mənzillərdən birnin eyvanında (2-ci mərtəbə) olan 3 nəfər qadından birninin özünü atdığını görüblər.

Avtomobil qaçıran şəxslər saxlanıb

4 May 2017 14:41

Avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 2-də Hacıağa Qurbanova məxsus “VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Səxavət Abdullayev və Elməddin Rzayev tutulublar. Avtomobil sahibinə qaytarılıb.

"Sadə ermənilərlə düşmənçilik aparmayan Azərbaycan xalqı torpaqlarının azad olunmasını istəyir"

4 May 2017 14:38

İvanovkada yaşayan ruslar heç bir ayrı-seçkiliklə, münaqişə ilə üzləşmədiklərini, kollektiv şəkildə işləyərək mehriban yaşadıqlarını dedilər və buna çox sevindim.

"İşte benim stilim"lə bağlı gözlənilməz qərar - Erkən final

4 May 2017 14:36

TV8-in dəb proqramı "İşte benim stilim" iki həftə sonra bitir. Bu mövsüm münsiflər arasında olan problemlər, Nur Yerlitaşın proqramdan ayrılması və Bahar Candanın qeyri-adi davranışı ilə gündəm olan layihə reytinqlərdə əvvəlki nəticəni göstərə bilmir.

Qurban Qurbanov: "Düzdü, Tokelo Rantie ilə maraqlanırıq"

4 May 2017 14:35

Heyətdə bir neçə dəyişiklik etmək istəyirik. Bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam təmsilçisi yay transfer dövründən maksimum yararlanmaq niyyətindədi. Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən "Qarabağ" bəzi mövqeləri yeni futbolçularla gücləndirməyə hazırlaşır.

Quran müəllimi azyaşlı qızları zorladı

4 May 2017 14:31

Ankarada Keçiören Anadolu İmam Nitq Liseyi Quran müəllimi Səfər Aktaş (55) haqqında 15 yaşından kiçik qız şagirdləri zorladığı iddiasıyla ümumilikdə 274.5 ilə qədər həbs istəyiylə açılan iddianın iclası ötən gün baş tutub.

Venesuela fəlakətə sürüklənir

4 May 2017 14:30

Venesuelada hakimiyyətə qarşı genişmiqyaslı etiraz aksiyaları davam edir. Prezident Nikolas Maduronun istefasını tələb edənlərin sayı azalmaq əvəzinə, daha da artır. Dünən Venesuelanın paytaxtı Karakasdakı nümayişdə polis motosikletinin benzin bakının alışması nəticəsində 28 yaşlı kişi diri-diri yanıb.

Türkiyədə mafiyanın toruna düşən azərbaycanlı qadınlar: adlarına kredit də götürüblər - VİDEO

4 May 2017 14:28

Türkiyə polisi Mərsində qadınları fahişəliyə cəlb edən beynəlxalq şəbəkə aşkarlayıb. Mərsin Jandarma Komandanlığının Erdemli, Silifke, Anamur ve Mut vilayətlərində keçirdiyi əməliyyatlar nəticəsində 23 nəfər saxlanılıb və 14 nəfər məcburi fahişəliyə cəlb edilən qadın isə azad olunub.

Bukingemdə fövqəladə iclas - II Elizabetin əri ictimai fəaliyyətini dayandırır

4 May 2017 14:26

Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, kral II Filipp ictimai fəaliyyətini və digər monarx öhdəliklərini dayandırdığını elan edib. Bu barədə Bukingem sarayında keçirilən fövqəladə iclasda qərar verilib. Bununla belə, 95 yaşlı hersoq təntənəli qəbullarda və görüşlərdə iştirak edəcək.

Ekspertiza: Sünnət zamanı azyaşlının ölümünə "Novakain" səbəb olub

4 May 2017 14:25

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

Azərbaycan dünyanın dialoq mərkəzidir

4 May 2017 14:23

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Dünyanın nüfuzlu beynəlxalq təşkilat və qurumları, dövlət və hökumət rəhbərləri iki gün ərzində müasir dünyanı narahat edən mühüm proseslər, humanitar böhran, sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Sayca dördüncü dəfə keçirilən bu forum bir sıra vacib məqamları ilə diqqət çəkir.

Heydər Əliyev və İslam həmrəyliyi ideyası

4 May 2017 14:22

Müstəqillik qazanandan sonra dünyanın bütün ölkələrilə normal beynəlxalq münasibətlər quran Azərbaycan Respublikası müsəlman ölkələri ilə də mehriban əlaqələr müstəvisində eyni zamanda İslam Konfransı Təşkilatı çərçivəsində İslam dünyasının maraq və mənafelərini müdafiə edir və həmin ölkələrlə beynəlxalq hüququn tələblərinə uyğun olaraq əməkdaşlığını davam etdirməkdədir. Bu baxımdan dünyada İslam həmrəyliyinin  gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir.