Qadını vurub öldürən sürücü aradan çıxıb
Mayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Porche" markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub. Sürücü avtomobillə hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən X.Məmmədova orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub. Bu arada hadisəni törədən sürücü Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı avtomobilin nömrəsi də diqqət çəkib - 99-BS-999. Qeyd edək ki, hadisənin qurbanı olan Gürcüstan vətəndaşı Xəyalə Məmmədovanın 24 yaşı vardı. Faktla əlaqədar cinayət işi başlanılıb.
4 May 2017 14:44 SosialMayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Porche" markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub. Sürücü avtomobillə hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən X.Məmmədova orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub. Bu arada hadisəni törədən sürücü Ağaəli Fərəcovun idarə etdiyi "Porsche" markalı avtomobilin nömrəsi də diqqət çəkib - 99-BS-999. Qeyd edək ki, hadisənin qurbanı olan Gürcüstan vətəndaşı Xəyalə Məmmədovanın 24 yaşı vardı. Faktla əlaqədar cinayət işi başlanılıb.