Avtomobil qaçıran şəxslər saxlanıb
Avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 2-də Hacıağa Qurbanova məxsus “VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Səxavət Abdullayev və Elməddin Rzayev tutulublar. Avtomobil sahibinə qaytarılıb.
4 May 2017 14:41 KriminalAvtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 2-də Hacıağa Qurbanova məxsus "VAZ-21063" markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Səxavət Abdullayev və Elməddin Rzayev tutulublar. Avtomobil sahibinə qaytarılıb.