Gündəm
Rusiya bütün tərəflərdən getdikcə artan təzyiq altındadır
ABŞ-ın Suriyaya raket zərbələrinin endirməsinin güc nümayişi, Çinin rəğbətini qazanmaq, Trampın ölkə daxilində reytinqini yüksəltmək kimi motivasiyaları olsa da əsas səbəb Rusiyanın maraqlarına zərbə vurmaq idi. RF bu zərbələrdən sonra öz hərbi planlarında müəyyən korreksiyalar etdi. İndi həm Suriya həm də RF hərbçiləri Suriyanın daxilində özlərini rahat hiss etmirlər. Rusiya hərbi təyyarələrinin bir qismini Suriya ərazisindən çıxardı. Suriya isə hərbi qüvvələrini səpələdi.
Təhsil Nazirliyi xarici diplomları tanımaqdan niyə imtina edir?
Xaricdə təhsil almış azərbaycanlı məzunların ixtisaslarının tanınması sözün əsil mənasında müşkül məsələyə çevrilib. Xarici ali təhsil müəssisələri tərəfindən verilən diplom və ixtisasların Azərbaycanda tanınması ilə bağlı qaydalar qanunvericilikdə konkret şəkildə əksini tapsa da Təhsil Nazirliyi müxtəlif bəhanələrlə məzinların müraciətini müsbət həll etməkdən yayınır.
Azərbaycan siyasi dialoq məkanına çevrilib
Mayın 4-də 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Beləliklə, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 4-6 may tarixlərində Bakıda keçiriləcək.
Aqrar sahənin inkişafı qarşıda duran əsas vəzifədir
Son illərdə ölkədə əksər sahələr kimi aqrar sahənin də inkişafında müsbət dinamika müşahidə edilir. Xüsusilə, 2014-cü ildən dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda bu sahənin inkişafı zərurəti ortaya çıxdı. Təqdirəlayiq hal ondan ibarətdir ki, ölkədə bu zərurət kifayət qədər ciddi nəzərə alınaraq qeyd edilən istiqamətdə sistemli və davamlı tədbirlər görülür, islahatlar həyata keçirilir.
“Halal otel” standartları nədən ibarətdir?
Son vaxtlar Azərbaycanda “halal brendlər” adı altında müxtəlif növ məhsul və xidmətlər təqdim olunmaqdadır. Vəziyyət o həddə çatıb ki, müsəlman aləminə qətiyyən aidiyyatı olmayan, İslam mədəniyyətinə yad, hətta peyğəmbərin haram buyurduğu müsəlmanların qida rasionuna yad ərzaq məhsullarına “halal” sertifikatı verilir. Kolbasa, sosis, süd və ət məhsullarının halal təqdimatı artıq xidmət sferasına da sirayət edib. Belə ki, Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması, ardınca 4-cü İslam Həmrəylik Oyunlarının keçirilməsi “halal brendi”ni daha da aktuallaşdırıb. Artıq ölkədə “halal otel” xidmətlərinin təklifi gündəmi zəbt edib. Lakin mahiyyəti məlum olmasa da, bu termonologiyanın geniş yayılması birmənalı qarşılanmır.
Soçi görüşü Türkiyə və Rusiya arasında olan buzları tam əritmədi
Türkiyə və Rusiya cəmiyyətinin əsas diqqət mərkəzində olan Soçi görüşü nəhayət ki, baş tutdu. 3 saata yaxın davam edən Ərdoğan-Putin görüşündə başda Suriya məsələsi olmaqla regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər ətrafında da geniş müzakirə aparıldı. Görüşün ən mühüm nəticələrindən biri, iki liderin də ifadə etdiyi kimi, Türkiyə ilə Rusiya arasındakı normallaşma prosesi və qarşılıqlı əməkdaşlıq prosesinin yeni bir məhləyə qədəm qoyması idi. Soçi görüşünün nəticəsi onu deməyə əsas verdi ki, bu əməkdaşlıq prosesinin gücləndirilməsi məsələsində qətiyyətli mövqe var və əlaqələrin bundan sonrakı mərhələsi də hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.
UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı təşkil edilib
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin üçüncü toplantısı keçirilir. Toplantıda çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Bakının həm müasir, həm də klassik arxitekturasının mədəniyyətlərin harmoniyası olduğunu deyib. “Azərbaycan multikulturalizm ənənələrinin məkanıdır, sivilizasiyaların kəsişdiyi ölkədir. Azərbaycan artıq dördüncü dəfədir ki, bu nüfuzlu tədbirə ev sahibliyi edir. Bakı dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. “Bakı prosesi” dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib. Azərbaycan həmişə bu istiqamətdə iş aparıb”, - deyə A.Kərimov qeyd edib.
AFFA Premyer Liqanın yeni klublarını müəyyən edəcək
Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək. İclas zamanı 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.
Ərdoğana sui-qəsd, NATO-nun Türkiyəyə müdaxiləsi... – İKİNCİ DALĞA BAŞLANIR
“Türkiyəyə qarşı düşmənçiliyini “Ərdoğana sui-qəsd” çağırışlarına qədər çatdıran və bunun ən çirkin nümunələrini ortaya qoyan Qərb siyasətçiləri və mediası son günlərdə daha bir şeyi kəşf ediblər: NATO Türkiyəyə müdaxilə etsin!”
9 yaşlı oğlanla 5 yaşlı qızı evləndirmək istədilər - İyrənc adətin qurbanı olacaqlardı - VİDEO
Hindistanda çəkilən görüntülər dəhşətə gətirir. Görüntülərdə 5 yaşlı "gəlin" ilə 9 yaşlı "bəy"ə toy edilən zaman onların polislər tərəfindən xilas edilməsi əks olunub. Əgər uşaqlar vaxtında xilas edilməsəydi, iki uşaq Hindistanın Mambapur vilayətindəki iyrənc adətin qurbanı olacaqlardı.
UNESCO həmsədri: "Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük ənənəsi, təcrübəsi var"
Dünyada mədəniyyətlər arasında dialoqunu qurulması və inkişafı olduqca vacib amildir. Bunu ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman deyib. S.Şankman hesab edir ki, bu gün mədəniyyətlərarası dialoq genişləndirilməlidir.
Azərbaycan - böyük dəyişikliklərə və islahatlara doğru- SİYASİ TƏHLİL
Son illər dünyada gedən iqtisadi proseslər və bu proseslərdən doğan böhranlı vəziyyətlər baş verənlərdən münbit çıxış yolu tapmaq istiqamətində yeni siyasi-iqtisadi tandemlərin yaranmasına səbəb olmaqdadır. Xüsusilə, neft istehsalı və ixracatı ilə iqtisadiyyatının əsaslarını formalaşdırmış dövlətlər iqtisadiyyatın qeyri-neft sektorları üzrə potensiallarını kəşf etmək əzmini nümayiş etdirirlər. Ümumiyyətlə, neftdən asılılığın aradan qaldırılması üçün yeni ideyalar, layihələr təqdim olunmağa başlayıb. Bu baxımdan, Azərbaycan hakimiyyəti də bu yöndə daha müasir və daha güclü iqtisadi potensiala malik olmaq üçün mühüm addımlar atmaq ərəfəsindədir.
Hansı əsərlərinizə film çəkilməsini istərdiniz?
Bütün əsərlərimə film çəkilməsini istərdim. Bir çox əsərlərimi özüm ssenariləşdirmişəm. Düşünürəm ki, dövlət tarixi əsərlərə filmlər çəkilməsini dəstəkləməlidi.
Bu dəmiryolu Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirir AÇIQLAMA
"Azərbaycan və İran arasında əlaqələr qədim zamanlardan mövcuddur". Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Bakıda UNESCO direktorlarının 2-ci akademik forumu keçirilir
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO mədəniyyətlərarası və dinlərarası kafedralarının 2-ci akademik forumu keçirilir. SİA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva forumu açaraq müzakirə ediləcək mövzuların aktuallığından danışıb. Bildirib ki, Azərbaycan tərəfi bu toplantıya böyük əhəmiyyət verir. Çünki 2015-ci ildə III Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu toplantının birincisi Bakıda təşkil edilib.














