Təhsil Nazirliyi xarici diplomları tanımaqdan niyə imtina edir?
Xaricdə təhsil almış azərbaycanlı məzunların ixtisaslarının tanınması sözün əsil mənasında müşkül məsələyə çevrilib. Xarici ali təhsil müəssisələri tərəfindən verilən diplom və ixtisasların Azərbaycanda tanınması ilə bağlı qaydalar qanunvericilikdə konkret şəkildə əksini tapsa da Təhsil Nazirliyi müxtəlif bəhanələrlə məzinların müraciətini müsbət həll etməkdən yayınır.
4 May 2017 14:14 SosialNazirlik standart cavablar yazmaqla işini bitmiş hesab edir
Xaricdə təhsil almış azərbaycanlı məzunların ixtisaslarının tanınması sözün əsil mənasında müşkül məsələyə çevrilib. Xarici ali təhsil müəssisələri tərəfindən verilən diplom və ixtisasların Azərbaycanda tanınması ilə bağlı qaydalar qanunvericilikdə konkret şəkildə əksini tapsa da Təhsil Nazirliyi müxtəlif bəhanələrlə məzinların müraciətini müsbət həll etməkdən yayınır. Redaksiyamıza müraciət edən məzun Fətullayev Tural Fəqan oğlunun nümayəndəsi Məmməd Həmidov deyir ki, hüquqlarını müdafiə edən şəxs 01.09.2009-cu il tarixindən 05.07.2014-cü il tarixinədək Rusiya Federasiyasının "Hümanitar -Sosial İnstitut" Ali təhsil üzrə Özəl Təhsil Müəssisəsinin "Hüquqşünaslıq" ixtisası üzrə əyani təhsil forması üzrə təhsil alan tələbəsi olmuş, "Hüquqşünaslıq" ixtisası üzrə, təhsil proqramı üzrə müqavilə əsasında təhsil almışdır. T.F.Fətullayev Rusiya Federasiyası ərazisində tam təhsil proqramını mənimsəyib və tamamilə tədris planını yerinə yetirib, ixtisas üzrə dövlət imtahanlarını verib, kurs işini və diplom işini müdafiə etdiyinə və 030500 "hüquqşünaslıq" hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsədiyinə görə yekun dövlət attestasiyasını da müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan komissiyasının qərarı, 03 iyul 2014-cü il tarixli, 10 nömrəli protokoluna əsasən T.Fətullayevə "Hüquqçünaslıq" ixtisası verilib və ali təhsil haqqında ( 135024 0462635) saylı bakalavr diplomu verilmişdir.
Məzun 2015-ci ilin sentyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi müraciət edərək Rusiya Federasiyasında əyani təhsil üzrə aldığı diplomun tanınması barədə xahiş etmişdir. Təhsil nazirliyinin bu istiqamətdə qəbul etdiyi qaydalara uyğun olaraq 3-cü pilləyə - müsahibədə iştirak etməyə buraxılmışdır: "Çox təəssüflər olsun ki, müsahibə mərhələsində Təhsil Nazirliyini təmsil edən iki nəfər cavan kadr ölkə qanunvericiliyinə aid olmayan kənar məsələləri izah etməyi tələb etmişlər. Cavabın onları qane edib-etməməsi barədə T.Fətullayevə hər hansı söz deməmişlər. Sadəcə bildiriblər ki, ona rəsmi cavab məktubu göndəriləcək. Rəsmi cavabı uzun müddət almadığına görə yenidən 2016-cı ilin 20 sentyabrında rəsmən Təhsil Nazirliyinə müraciət etmişdir. Həmin ilin dekabr ayında Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinin rəis əvəzi cənab Samir Vəliyevin imzaladığı 04.10.2016-cı il tarixli, 995 / ANJ-f-127/2 saylı cavab məktubunda da eləcə də sonradan təqdim edilmiş TN-nin Daxili Nəzarət İdarəsinin rəisi cənab Kənan Quliyev tərəfindən imzalanmış imtina məktubunda qeyd edilir ki,"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydalarını,"Avropa regionunda alı təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın II.1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş "xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr"in V hissəsini və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq, "Hümanitar -Sosial İnstitut" tərəfindən adınıza verilmiş "Hüquqşünaslıq" ixtisası üzrə 03 iyul 2014-cü il tarixli, ( 135024 0462635) saylı bakalvr diplomununölkə ərazisində tanınması mümkün hesab olunmur."
M.Həmidov bildirir ki, nazirliyin işçiləri ilə söhbətdən, eləcə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ukrayna və Rusiya Federasiyasında qiyabi və əyani təhsil almış məzunların diplomlarının tanınması ilə bağlı verdikləri iddia ərizələrinin verilmə səbəblərinin araşdırılması nəticəsində məlum olub ki, Təhsil Nazirliyinin aidiyyatı idarəsi Tural Fətullayev kimi Azərbaycandan kənar ölkələrdə təhsil alıb ölkəsinə qayıtmış kasıb və imkansız təbəqənin insanlarının diplomlarının tanınması barədə yalnız standart formada və eyni məzmunlu formal imtina məktubları yazmaqla öz işini bitmiş hesab edir: "Məktubların hamısında cənab Kənan Quliyev Təhsil Nazirliyinin Eksp Qrupunun verdiyi rəyə əsaslandığı xüsusilə vurğulanır. Guya TN-nin Ekspert Qrupu məzunların müraciətləri əsasında əməlli-başlı araşdırma aparıb gəldikləri yekun rəy əsasında imtina məktubları yazılırmış. Əslində bu sadəcə olaraq heç bir əsası olmayan və real ekspert rəyləri təqdim edilməyən saxtakarlıqlardan ibarətdir. Çünki növbəti məhkəmələrin birində sədrlik edən Rüstəm Kərimlinin apardığı prosesdə, eləcə də T.Fətulayevin iddiası əsasında hal-hazırda keçirilənməhkəməsi prosesində (sədrlik edən hakim Eldar Mustafayev) Təhsil Nazirliyinuin Ekspert Qrupunun verdiyi rəyin məhkəməyə təqdim olunması zamanı bir daha aydın olmuşdur ki, 3 nəfərdən ibarət ekspert qrupu üzvlərinin heç birisi standart formada yazılmış əsassız rəyi imzalalamamış və sənədə tarix qoyulmamışdır. Yəni, konkret olaraq TN-nin Daxili Nəzarət İdarəsinin müdiri Kənan Quliyev tərəfindən TN-nin Ekspert Qrupunun adından saxta rəy tərtib edilərək hər il üçün xarici ölkələrdə təhsil alan 1500 nəfər tələbədən əksəriyyətinin müraciətlərinə belə saxta sənəd əsasında imtina məktubu yazılaraq Təhsil Nazirliyinin adından təqdim edilir. Və faktiki olaraq sənəd saxtakarlığı nəticəsində kütləvi surətdə rüşvətvermə imkanı olmayan kasıb Azərbaycan vətəndaşlarına qarşı cinayət törədilir. Doğrudan da özünə hörmət edən heç bir Ekspert Qrupunun üzvü belə əsassız rəy verməz, versə də əsaslandırar. Lakin saxta tərtib olunmuş "ekspert rəy"lərinin hamısında məzunların "Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir" sözlərilə yekunlaşması saxtakarlığı bəri başdan üzə çıxarır. Axı kim TN-nin adından çıxış edən Ekspert Qrupuna səlahiyyət verib ki, dünya ölkələrindən, o cümlədən Azərbaycandan gəlib təhsil almış tələbələrin 4-5 il ərzində aldıqları biliklər Dövlət Atesstasiya Komissiyası tərəfindən qiymətləndirildikdən sonra onlara təqdim edilmiş diplomlar sonradan Azərbaycan TN-nin "Ekspert Qrupu"nun səlahiyyəti daxilində həll edilsin və məzunun bilik səviyyəsi yenidən qiymətləndirilsin. Əgər həmin Universitet və İnstitutlar ölkə daxilində fəaliyyət üçün dövlət tərəfindən lisenziya verilibsə, o zaman belə təkrar bilik qiymətləndirilməsi yersiz və əsassızdır".
M.Həmidov deyir ki, Təhsil Nazirliyində xaricdə təhsil almış məzunlara qarşı aparılan kütləvi cinayət əməllərinin qarşısının alınması üçün biz 22 fevral 2016-cı il tarixində Təhsil Nazirinin müavini olmuş cənab Firudin Qurbanovun qəbulunda olaraq nazir Mikayıl Cabbarova vətəndaşların diplomlarının tanınmasıilə bağlı Daxili Nəzarət İdarəsində törədilən cinayət hərəkətləri barədə təsdiqedici sənədlər təqdim etməklə şəxsən cənab nazirə məruzə edilməsi və dərhal qanunamüvafiq tədbirlərin görülməsi xahiş ediblər: "Çox təəssüflər olsun ki, Təhsil Nazirliyinin yuxarı rəhbərliyi Nazirlikdə baş verən və verməkdə olan cinayətlə bağlı məlumatlı olsalar da, rəhbərlik sonda cinayətin aşkar edilməsi üçün daxili təhqiqat qrupunun yaradılması barədə əmr verməmişdir. İnanırıq ki, bizim məhkəmə prosesi zamanı bu faktlar ədalətli çəkişmə zamanı bir daha aşkar ediləcək və rüşvət vermə imkanı olmayan məzunların diplomlarının tanınması ilə bağlı Təhsil Nazirliyində sründürməçilyə, bürokratiyaya, rüşvətxorluğa şərait yaradan məsul vəzifəli şəxslər aşkarlanaraq barələrində xüsusi qərardad qəbul olunaraq tədbir görülməsi üçün prokurorluq orqanlarına rəsmi müraciət göndəriləcək". Şikayətçi onu da qeyd edib ki, təhsil sənədlərinin tanınması ilə bağlı təqdim olunmuş sənədlərə xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda; xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə və sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu aşkarlandıqda mənfi rəy verilə bilər.
Alim