Soçi görüşü Türkiyə və Rusiya arasında olan buzları tam əritmədi

Türkiyə və Rusiya cəmiyyətinin əsas diqqət mərkəzində olan Soçi görüşü nəhayət ki, baş tutdu. 3 saata yaxın davam edən Ərdoğan-Putin görüşündə başda Suriya məsələsi olmaqla regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər ətrafında da geniş müzakirə aparıldı. Görüşün ən mühüm nəticələrindən biri, iki liderin də ifadə etdiyi kimi, Türkiyə ilə Rusiya arasındakı normallaşma prosesi və qarşılıqlı əməkdaşlıq prosesinin yeni bir məhləyə qədəm qoyması idi. Soçi görüşünün nəticəsi onu deməyə əsas verdi ki, bu əməkdaşlıq prosesinin gücləndirilməsi məsələsində qətiyyətli mövqe var və əlaqələrin bundan sonrakı mərhələsi də hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

"Şimal küləyi" bu buzların əriməsinə imkan vermir

Türkiyə və Rusiya cəmiyyətinin əsas diqqət mərkəzində olan Soçi görüşü nəhayət ki, baş tutdu. 3 saata yaxın davam edən Ərdoğan-Putin görüşündə başda Suriya məsələsi olmaqla regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər ətrafında da geniş müzakirə aparıldı. Görüşün ən mühüm nəticələrindən biri, iki liderin də ifadə etdiyi kimi, Türkiyə ilə Rusiya arasındakı normallaşma prosesi və qarşılıqlı əməkdaşlıq prosesinin yeni bir məhləyə qədəm qoyması idi. Soçi görüşünün nəticəsi onu deməyə əsas verdi ki, bu əməkdaşlıq prosesinin gücləndirilməsi məsələsində qətiyyətli mövqe var və əlaqələrin bundan sonrakı mərhələsi də hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

Putin-Ərdoğan görüşünün digər əsas, demək olar ki, mühüm müzakirə mövzusu isə Suriya idi. Ərdoğanın rusiyalı həmkarı ilə müzakirəsindən ortaya çıxan nəticə ondan ibarət oldu ki, Suriyada axan qanın dayandırılması, ərazi bütövlüyü və siyasi birliyinin qorunması Türkiyənin əsas istəyidir. Həmçinin rəsmi Ankara Suriyadakı terror təşkilatları arasında hər hansı bir fərq qoyulmadan sistemli mübarizə aparılmasının tərəfdarıdır. Çünki terror təşkilatları arasında hansısa fəqin tətbiq edilməsi ilk növbədə Türkiyənin sərhəd təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir. Suriyada təhlükəsizliyin təmin edilməsi məsələsində demək olar ki, Rusiya da Türkiyə ilə eyni mövqedədir. Hər halda Putinin Soçidə türkiyə həmkarı ilə görüşdə söylədiyi fikirlərdən belə anlaşıldı.

Soçi görüşünün digər əhəmiyyətli tərəfi Ankara ilə Moskva arasındakı ticari və iqtisadi münasibətlərin inkişaf etdirilməsi oldu. Keçdiyimiz günlərdə Türkiyənin Rusiyadan idxal etdiyi buğda üçün vergi dərəcələrini yüksəltməsi və Rusiyadan idxal edilən digər əsas kənd təsərrüfatı məhsullarının, demək olar ki, dayandırılması, Moskva tərəfindən bir müddət əvvəl tətbiq olunan sanksiyaların yenə də davam edəcəyi ehtimalını ortaya çıxarmışdı. İki ölkə liderinin mətbuat konfransında verdikləri açıqlamalardan bəlli oldu ki, görüşdə sanksiyalar məsələsi hərtərəfli müzakirə olunub və qarşılıqlı olaraq bütün məhdudiyyətlərin qaldırılacağı barədə razılıq əldə edilib.

Və nəhayət, Soçi görüşünün digər bir mühüm məqamı isə Türk vətəndaşlarına qarşı tətbiq olunan viza rejimi idi. Lakin sözügedən məsələdə məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına dair hər hansı bir irəliləyişin əldə olunmadığı xəbər verilir. Əsas səbəb isə daha əvvəllər də iddia edilən terror təhdididir. Anlaşılan o oldu ki, qarşılıqlı etimad mühiti tam bərqərar olmadan Rusiyanın vizasız rejimə

yenidən qayıtmaq ehtimalı yaxın perspektivdə mümkün görünmür. Ancaq bəzi ekspertlərə, davamlı olaraq rəsmi vəzifələrdə olan və ya kommersiya işləri məqsədilə Rusiyaya gedən Türk vətəndaşlarına qarşı bir sıra güzəştlər təmin olunacaq.

Ümumilikdə Soçi görüşündən əldə edilən nəticə ondan ibarətdir ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşma mərhələsi ortada olan xırda problemlərə rəğmən hər iki ölkənin birgə səyi ilə tamamlanmaqdadır. Qarşılıqlı etimadın və normallaşmadan əməkdaşlığa keçən prosesinin tam təmin edilməsi isə, növbəti mərhələlərdə mümkün olacaq. Bunun üçünsə birgə səylər davam etməlidir.

Ərdoğan-Putin görüşü Türkiyə ilə Rusiyayla yanaşı. Azərbaycanda da diqqətlə izlənilməkdə idi. Ən azından ona görə ki, hər iki ölkə Azərbaycanın yaxın dostu və strateji tərəfdaşıdır. Bu baxımdan Ankara və Moskva arasında münasibətlərin hər hansı formada olması Bakıya da təsirsiz ötüşmür. Bəs görəsən Soçi görüşü barədə Bakıda nə düşünürlər?

Politoloq Elxan Şahinoğlu deyir ki. Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı Soçiyə niyə dəvət edib görüş keçirdiyi doğrusu tam aydın olmadı. Onun sözlərinə görə, prezidentlər bir ay əvvəl Moskvada görüşmüşdülər və münasibətlərin bütün parametrlərini müzakirə etmişdilər: "Düşünmək olardı ki. Putin Ərdoğanı Soçiyə ona görə dəvət edib ki, hansısa problemli məsələnin həllində nəsə təklifi var, irəriləyiş gözlənilir. Ancaq bu görüşdən sonra bəlli oldu ki, Moskva Türkiyənin bəzi kənd təssərrüfatı məhsullarına, o cümlədən haqqında daha çox danışılan pomidora qoyduğu embarqonu ortadan qaldırmaq fikrində deyil. Putin bunun səbəbini belə izah etdi ki, iki ölkə arasında münasibətlər gərginləşəndə Rusiya hökuməti yerli pomidor istehsalçılarına dövlət kreditləri verib və onlar bazarı doldurmalıdırlar. Yəni Putin demək istəyirdi ki, Türkiyə pomidorunu Rusiya bazarına buraxsalar, Rusiya pomidorlarını alan olmayacaq. Türkiyənin Rusiyadan taxıl alıb-almayacağı da bəlli olmadı. Ayrıca, Putinin sözlərindən o da bəlli oldu ki, Türkiyə vətəndaşlarına tətbiq olunan viza da ortadan qaldırılmır". Elxan Şahinoğlu deyib ki, Putinin Ərdoğanın Suriyadakı silahlı kürdlərə dəstək verib-verməyəcəyi haqqında həssasiyyətini nəzərə alıb-almayacağı da bu görüşdən sonra bəlli olmadı: "İki ökə arasındakı enerji layihələri tam gücüylə davam edir. Ancaq bu Putin-Ərdoğan görüşündən öncə də məlum idi. Bizə aid olan isə odur ki, Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında xüsusi fikir mübadiləsi aparmadılar. Bu gözlənilən idi. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya-Türkiyə dialoqunun əsas mövzularından biri deyil".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31