“Halal otel” standartları nədən ibarətdir?
Son vaxtlar Azərbaycanda “halal brendlər” adı altında müxtəlif növ məhsul və xidmətlər təqdim olunmaqdadır. Vəziyyət o həddə çatıb ki, müsəlman aləminə qətiyyən aidiyyatı olmayan, İslam mədəniyyətinə yad, hətta peyğəmbərin haram buyurduğu müsəlmanların qida rasionuna yad ərzaq məhsullarına “halal” sertifikatı verilir. Kolbasa, sosis, süd və ət məhsullarının halal təqdimatı artıq xidmət sferasına da sirayət edib. Belə ki, Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması, ardınca 4-cü İslam Həmrəylik Oyunlarının keçirilməsi “halal brendi”ni daha da aktuallaşdırıb. Artıq ölkədə “halal otel” xidmətlərinin təklifi gündəmi zəbt edib. Lakin mahiyyəti məlum olmasa da, bu termonologiyanın geniş yayılması birmənalı qarşılanmır.
4 May 2017 14:07 İqtisadiyyatBu mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur
Son vaxtlar Azərbaycanda "halal brendlər" adı altında müxtəlif növ məhsul və xidmətlər təqdim olunmaqdadır. Vəziyyət o həddə çatıb ki, müsəlman aləminə qətiyyən aidiyyatı olmayan, İslam mədəniyyətinə yad, hətta peyğəmbərin haram buyurduğu müsəlmanların qida rasionuna yad ərzaq məhsullarına "halal" sertifikatı verilir. Kolbasa, sosis, süd və ət məhsullarının halal təqdimatı artıq xidmət sferasına da sirayət edib. Belə ki, Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması, ardınca 4-cü İslam Həmrəylik Oyunlarının keçirilməsi "halal brendi"ni daha da aktuallaşdırıb. Artıq ölkədə "halal otel" xidmətlərinin təklifi gündəmi zəbt edib. Lakin mahiyyəti məlum olmasa da, bu termonologiyanın geniş yayılması birmənalı qarşılanmır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında "halal otel"lərlə bağlı iradını bildirib."Elanlar yazılır ki, "halal otel". Bu nə deməkdir? Hansı termonoloogiyaya uyğundur? Belə çxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara "halal" adı qoyurdular. İndi də otellərin belə reklamını edirlər. Azərbaycan dünyəvi dövlətdir. Xaricdə otellərə tələb necə qoyulursa, bizdə də elə olmalıdır. Buna nəzarət olunmalıdır".
Buna baxmayaraq, komitə sədrinin fikirləri razılaşmayan xidmət sferasının nümayəndələri qaldırılan məsələyə biganə qalmayıblar.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov "halal otel" sözünə aydınlıq gətirib: "İslam Həmrəyliyi Oyunları ilə əlaqədar halal otel məsələsi gündəmdədir. Otelin üzərinə "halal" sözünün yazılması məcburi deyil. Bu, sadəcə, tövsiyə xarakteri daşıyır. Halal standartlara uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Turizm Assosiasiyasının ekspertləri burada fəal iştirak edib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyə təcrübəsindən istifadə edilərək İslam Həmrəyliyi oyunları ilə əlaqədar halal standartlar tətbiq olunur. Gələn qonaqlara halal standartlara, müsəlman adət-ənənəsinə uyğun xidmət göstərilir. Bu da məcburi deyil. Otelin özündən asılıdır". Müzəffər Ağakərimov halal standartlara cavab verən otelin necə fəaliyyət göstərməsini də izah edib: "Halal standartlara cavab verən oteldə spirtli içki verilmir. Xüsusi namaz otağı olur, qadınlar və kişilər üçün ayrıca hovuz olur. Bu baxımdan da islam ənənələrinə, qaydalarına uyğun otel fəaliyyət göstərə bilər. Bu, Türkiyə təcrübəsində də var". Onun sözlərinə görə, Azərbaycanda halal standartlara cavab verən otel əvvəllər də olub: "Müstəqillik qazanandan sonra bizdə halal standartlara cavab verən otellər vüsət almayıb. Amma bəzi atributlara uyğun olaraq fəaliyyət göstərən otel olub. Vaxtilə "İrşad" adlı otel fəaliyyət göstərib. Orada spirtli içkilərin qəbuluna və satışına icazə verilməyib. Həmin otel İslam Araşdırmaları Mərkəzi tərəfindən inşa edilmişdi. Həmin otel indi də fəaliyyət göstərir. Qaldı ki, halal standartlara, otel sahibi istəsə müsəlman ənənələrinə uyğun təbliğat apara bilər. Bu, müsəlman ölkələrindən daha çox turist cəlb etmək baxımından əlverişlidir. Xüsusilə, İslam Həmrəylik Oyunları başa çatandan sonra müsəlman ölkələrinin Azərbaycana marağı daha da artacaq. Elə insanlar var ki, bu vaxta qədər Azərbaycana təşrif buyurmayıb. Güman ki, oyunlardan sonra Azərbaycana axın güclənəcək. Əvvəllər müsəlman ölkələrindən Azərbaycana bu qədər axın olmayıb. Fars körfəzi ölkələri üçün viza sadələşdirilməsi prosesi həyata keçirildikdən sonra ərəb ölkələrindən çoxlu turist gəlməyə başlayıb. Bu onu göstərir ki müsəlman ölkələri olan İndoneziya, Malayziya vətəndaşları gələcəkdə Azərbaycana axın edəcək". Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, "İslam Həmrəyliyi ili" çərçivəsində may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi, həmçinin son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Təkcə cari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı yetmiş minədək artıb. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tələblərinə həsr olunmuş seminardan sonra qərar verilib. Standart halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün "Halal idarəetmə sistemi"ni əhatə edəcək. Standartda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmalarının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir. 4 və 5 ulduzlu otellərdə qadınlara, kişilərə və ailələrə xüsusi mərtəbələrin ayrılması təmin edilir. Bundan başqa, Ramazan ayında mehmanxana ziyarətçilərinə xüsusi xidmətlər göstəriləcək. Bir sözlə, müsəlman turistlərin yaşayışı, turların təşkili və digər səmərəli istirahəti üçün bütün tələblər bu standartda nəzərə alınıb. Qeyd edək ki, Türkiyənin Turizm İnistitutu halal turizmin standartını Azərbaycana hədiyyə edib. Həmin standartlar Səhiyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə razılaşdırılaraq, otellərə göndərilərək təadiq edilib.
Nurlan