Azərbaycan siyasi dialoq məkanına çevrilib

Mayın 4-də  4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Beləliklə, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 4-6 may tarixlərində Bakıda keçiriləcək.

Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq statusunu daha da artırır

Mayın 4-də  4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Beləliklə, "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 4-6 may tarixlərində Bakıda keçiriləcək. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü baş tutacaq.  Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Qeyd edək ki, Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur. Forumda dünyanın çoxsaylı nüfuzli şəxslərinin iştirakı reallaşacaq. Maraqlıdır, indiyə qədər Azərbaycanda keçirilənÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyü ölkələrinə və Azərbaycana nə verib və gözləntilər nədən ibarətdir?

Əvvala xatırladaq ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilmişdir. Bundan əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması, davaml inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə  inkişafını təmin etmək  və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə  öz töhfəsini verməkdədir.

Digər tərəfdən, Forum dünya ölkələrinə də öz töhvəsini verməklə əlamətdar hadisə hesab olunur. Məsələn, Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə  yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək. Məhz Forumda bu kimi məsələrin müzakirəsi dünya ictimaiyyətin Azərbaycana marağını artırı, paralel olaraq ölkəmizi benəlxalq və rügional münaqişələrin müzakirəsi məkanına çevirmiş olur.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Forumun artıq 4-cü dəfə keçirildiyini xatırladan B.Əliyev bu beynəlxalq tədbirin böyük siyasi, iqtisadi və mədəni əhəmiyyətinin olduğunu nəzərə çatdırıb: "İpək yolu" layihəsi çərçivəsindən baxsaq, forum Şərqlə Qərb arasında çox geniş, əhatəli əlaqələrin formalaşmasına imkan yaradır. Azərbaycan öz nümunəsində göstərir ki, biz XXI əsrdə mədəniyyətlər və dinlərarası dialoqdan, onların qarşılıqlı əməkdaşlığından danışa bilərik. Bu baxımdan ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox gözəl platforma oldu". B.Əliyev əlavə edib ki, ümumiyyətlə, forumda müzakirə olunan məsələlər dünyanı narahat edən bir sıra mövzuları - gənclərin problemlərindən tutmuş mədəniyyətlər, dinlərarası münasibətlər, tolerantlıq, birgəyaşayış, eyni zamanda hərtərəfli əməkdaşlığa dair məsələləri əhatə edir. Deputat bildirib ki, ən əhəmiyyətli məqamlardan biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü və UNESCO-nun tərəfdaşlığı ilə keçirilməsidir.

Ümumilikdə qeyd edilməlidie ki, Azərbaycanın artıq dünyanın ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrilib. İndiyə qədər keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün çoxsaylı fikirlər səsləndirilib, çoxsaylı mütərəqqi ideyalar irəli sürülüb. Bütün bunlar əslində beynəlxalq münasibətlər sisteminin yeni və daha hümanist gələcəyinin inşa edilməsinə xidmət göstərən mədəni seqmentlər rolunu oynayır. Bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər, həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31