AFFA Premyer Liqanın yeni klublarını müəyyən edəcək
Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək. İclas zamanı 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.
4 May 2017 13:59 İdmanMayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək. İclas zamanı 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.
Qeyd edək ki, I Divizionda "Turan Tovuz" çempion, "Səbail" 2-ci, "Ağsu" isə 3-cü olub. Premyer Liqanı tərk edən AZAL isə mayın 3-də rəsmən dağılıb. Goal.az