Gündəm
Cövdət Hacıyev - 100
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı.
Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 90 nəfərin müəyyən edilib
Dövlət Sərhəd Xidməti tərəfindən 130 min 191 nəfər sərhəd və rejim pozucusunun, 24 min 259 nəfər axtarışda olan şəxs saxlanılıb. Bu barədə DSX-dan verilən məlumata görə, təxmini dəyəri 106 milyon manat olan qaçaqmalın, 4 ton narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 385 ton narkotik mənşəli bitki kolu aşkar olunub.
AMEA İLESAM – la əməkdaşlıq edəcək
Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri Peşə Birliyi (İLESAM) təşkilatının rəhbəri, şair Mehmet Nuri Parmaksız AMEA-nın Folklor İnstitutunda olub. Akademiyadan “Olaylar” – a bildirlib ki, institutun direktoru, akademik Muxtar İmanovla görüşdə qonaqlara elmi müəssisənin fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
“Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib
“Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsası Heydər Əliyev tərəfindən qoyulub”.
Almaniyada İsveç cəsusu
Almaniyanın Reyn -Vestfalen əyalətində İsveçrə kəşviyyatına çalışan cəsus müəyyən edilib. Alman əskəşfiyyatıçısı bu şəxsin kim olduğunu öyrənə bilməyib, ancaq cəsusun vergi müfəttişliyinin əməkdaşı olduğu güman edilir. Şübhəli şəxsin bir neçə gün əvvəl Frankfurtda həbs edilən İsveçrə kəşfiyyatının əməkdaşı olan Daniel M tərəfindən cəsusluq fəaliyyətinə cəlb edildiyi bildilir. Cəsusua ölkənin vergi sistemi ilə bağlı gizlin məlumatlar çatdırması müqabilində ilk olaraq 90 min Avro təklif edilib.
ƏMDK tərəfindən 500 mindən çox elektron xidmət göstərilib
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə vətəndaşlara 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət göstərilir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.
Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının torpağı hara daşınır?
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən monotorinqlər zamanı kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması halları aşkar edilib. Komitədən verilən məlumata görə, Qobustanda keçirilən monitorinq komitənin müffətişləri və hüququ mühafizə orqanlarının birgə əməkdaşlığı ilə baş tutub. Monitorinqlər zamanı bir neçə ərazilərdən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədi ilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.
Nəsimi rayonunda yaşayış binası uçub
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının tavanının uçması və nəticədə mənzildə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas etmiş və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 23:06-da başa çatmışdır.
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib
Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib. Bu barədə nazirlikdən “Olaylar”a veriln məlumata görə, Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən növbəti açıq müsabiqə elan edilir.
Mohamed Əli Huməd: “Cibuti Respublikası həmişə Azərbaycanın yanındadır”
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının Sədri Mohamed Əli Humədin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr diqqətə çatdırıb ki, ilk dəfədir ki, Cibuti parlamentinin sədri Azərbaycana səfər edir və bu səfərin parlamentlərarası münasibətlərimizin inkişafına töhfə verəcəyinə əmindir.
Amsterdam aerportunda zəhərli ilan, qurbağa aparan vətəndaş saxlanıldı
Niderlandın paytaxtı Amsterdamın hava limanında Rusiya vətəndaşı saxlanılıb. Sərnişinin saxlanmasının səbəbi çantasında diri ilan, qurbağa, kərtənkələ və tarakanlar aparması olub.
Rusiyada İŞİD üzvü olmaqda şübəli bilinən şəxs saxlanılıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Maqadan vilayətində İŞİD üzvü olmaqda şübhəli bilinən şəxsi saxlayıb. Məlumatı FTX-nin mətbuat xidməti yayıb. “Şübhəli vilayət mərkəzinin sakinidir”, -deyə informasiyada vurğulanıb.
Avtomobildəki gizli saxlanc yerlərindən 5400 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd "Wİnston XS" və 1600 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyinin məhsulları “İDEF-2017” nümayiş olunacaq
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq
Mayın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.














