Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib
Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib. Bu barədə nazirlikdən “Olaylar”a veriln məlumata görə, Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən növbəti açıq müsabiqə elan edilir.
4 May 2017 13:12 SosialƏdliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib. Bu barədə nazirlikdən "Olaylar"a veriln məlumata görə, Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən növbəti açıq müsabiqə elan edilir. Vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir. Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur. Arzu edənlər 2017-ci ilin may ayının 4-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:
Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi 24, tel: (012) 498-09-71); Mərkəzin Gəncə regional bölməsində (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96); Mərkəzin Şəki regional bölməsində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29); Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91)
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Mərkəzin internet səhifəsində (www.expert.gov.az) "İşə qəbul" bölməsində yerləşdirilmiş, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir.