Avtomobildəki gizli saxlanc yerlərindən 5400 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd "Wİnston XS" və 1600 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
4 May 2017 12:55 KriminalTovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ -21012" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunda ayaqaltılarının altından və arxa oturacağın içərisində xüsusi düzəldilən gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 3800 ədəd "Wİnston XS" və 1600 ədəd "Parliament Aqua Blue" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.