Cövdət Hacıyev - 100
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı.
4 May 2017 13:26 MədəniyyətMusiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeydən "Olaylar" - a bildirlib ki, tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı.
Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətində xidmətləri, yaradıcılıq yolu haqqında məlumat verdi. Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova Cövdət Hacıyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Cövdət Hacıyevin övladları, bəstəkar və dirijor, əməkdar incəsənət xadimi İsmayıl Hacıyev, musiqiçi Mikayıl Hacıyev, qardaşı oğlu Enar Hacıyev çıxış edərək görkəmli bəstəkar haqqında xatirələrini, maraqlı faktları tədbir iştirakçılarına çatdırdılar.