“Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib
“Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsası Heydər Əliyev tərəfindən qoyulub”.
4 May 2017 13:23 Siyasət"Azərbaycan sərhəd mühafizəsinin yaranması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiyyətlərin əsası Heydər Əliyev tərəfindən qoyulub". Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bunu DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev "Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsi çərçivəsində "Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi" mövzusunda keçirilən elmi-praktik seminarda deyib. Seminarda iştirakçılara Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmiş ali diqqət və qayğı haqqında ətraflı məlumat verilmiş, interaktiv təqdimat formasında Ulu Öndərin sərhədçilərlə görüşləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri nümayiş etdirilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının formalaşdırılması sayəsində Azərbaycan sərhədçilərinin xidməti fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qeyd olunmuşdur.