Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının torpağı hara daşınır?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən monotorinqlər zamanı kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması halları aşkar edilib. Komitədən verilən məlumata görə, Qobustanda keçirilən monitorinq komitənin müffətişləri və hüququ mühafizə orqanlarının birgə əməkdaşlığı ilə baş tutub. Monitorinqlər zamanı bir neçə ərazilərdən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədi ilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.

Məlumatda bildirilir ki, torpaqlaırn münbit qatının daşınması hallarına respublikanın Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının  ərazisində, eləcə də cənub bölgəsində daha çox rast gəlinib. Belə halların qarşısının alınması ilə bağlı da respublikanın müxtəlif bölgələrində davamlı monitorinqlər keçirilir. Ümumilikdə, bu istiqamətdə aparılan reydlər nəticəsində 50-dən artıq torpağın münbit qatının daşınması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, aşkar edilən qanun pozuntuları ilə bağlı inzibati protokollar tərtib edilib, torpaqların üst münbit qatının daşıyan avtomobillər aidiyyəti rayonların polis şöbələrinə tədbir görülməsi üçün təhvil verilib. Məlumatda o da bildirilir ki, torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması  bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, bu hal torpaqların yüz illər ərzində formalaşan üst münbit qatının korlanmasına, torpaq kütləsi götürülməklə yararsız hala düşməsinə,  ona bitişik torpaq sahələrinin eroziyaya uğramasına, maili ərazilərdə sürüşmə prosesinin yaranmasına səbəb olur. Torpaqlardan heç bir hüquqi əsas olmadan qeyri-qanuni istifadə halları, habelə təyinatına zidd istifadəsi torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31