ƏMDK tərəfindən 500 mindən çox elektron xidmət göstərilib
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə vətəndaşlara 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət göstərilir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.
4 May 2017 13:20 SosialƏmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə vətəndaşlara 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət göstərilir. Bu xidmətlər həm "Elektron hökumət" portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitədən "Olaylar"a verilən məlumata görə, təqdim edilən 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. Elektron xidmətlərin sayının artması və onların getdikcə daha çox sahələri əhatə etməsi, habelə xidmətlərin rahat və funksional olması getdikcə istifadəçilərinin sayını artırır. Belə ki, komitə tərəfindən indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib.
Komitənin elektron xidmətlərinə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının səmərəli idarə edilməsi, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar, dövlət əmlakının icarəsi ilə bağlı interaktiv və informativ xidmətlər daxildir. Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət isə imkan verir ki, vətəndaş onlayn qaydada müraciət edərək əmlakının mövcud vəziyyəti ilə tanış olsun. İstənilən hər bir mülkiyyət sahibi bu elektron xidmət vasitəsilə əmlakının hüquqi statusu, onun yüklü (həbs, girov) olub-olmaması, ünvanı, texniki göstəriciləri barədə lazım olan bütün məlumatları ala bilir.