Gündəm

Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu: Azərbaycan dünya üçün çox faydalı iş görür

4 May 2017 12:48

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir. Bunu  Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Pilho Park deyib.

İnterpol daha bir azərbaycanlını axtarır

4 May 2017 12:45

İnterpol daha bir azərbaycanlı şəxs barədə axtarış elan edib. 1982-ci ildə Bakı şəhərində anadan olan Ruslan Abduləzimzadə qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirləndirilir.

İslamiadanın əsas dəyərləri – birlik, sülh, hörmət, mükəmməllikdir

4 May 2017 12:46

İslam dünyasının müxtəlif bölgələrindən olan idmançıların bir araya gətirilməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlayış mühitinin formalaşmasına öz töhfəsini verəcək.

Deputat: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir

4 May 2017 12:43

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. 

Petisiyaya qoşulun

4 May 2017 12:41

Əhməd Cavad – 125

4 May 2017 12:38

Mayın 4-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, şair, tərcüməçi Əhməd Cavadın anadan olmasının 125 illiyi münasibətilə “Əhməd  Cavad-125” adlı kitab sərgisi açılıb. Kitabxanadan “Olaylar” – a bildirlib ki, sərgidə şairin əsərləri, tərcümələri, redaktoru olduğu kitablar və şair haqqında yazılmış kitablar nümayiş olunacaq.

Nazirin görüş tarixi dəyişdirildi

4 May 2017 12:36

Mayın 5 – də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla  nəzərdə tutulmuş görüşü cari ilin 16 may tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. 

"Qarabağ"da ayrılıq

4 May 2017 12:34

"Qarabağ"ın U-17 komandasının baş məşqçisi Pablo Ximenes klubdan ayrılıb. "Qarabağ"la müqaviləsi başa çatan ispaniyalı məşqçiyə yeni sözləşmə təklif edilməyib. Hələlik Ximenesin yerinə yeni təyinat olmayıb.

Tarkandan həyat yoldaşına: "Günahkardır"

4 May 2017 12:32

Müğənni Tarkan və xanımı Pınar Almaniyadan qayıdarkən hava limanında görünüblər. 3 həftəlik səfərdən dönən cütlük yorğun olması ilə diqqət çəkib.

“Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib 

4 May 2017 12:30

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib.

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

4 May 2017 12:29

Mayın 4-də Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Tovuz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Qiymətləndirmə 3 gün davam edəcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Məsut Özildən "Fənərbağça" açıqlaması

4 May 2017 12:27

İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil "Fənərbağça"ya keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Türkiyə əsilli idmançı hər hansı digər kluba transferi barədə düşünmədiyini bildirib: "Ailəm, dostlarım "Fənərbağça"da oynamağımı istəyirlər. Lakin hazırda "Arsenal"la müqaviləm davam edir. Türkiyə və ya digər ölkənin klubuna transfer olunmağı düşünmürəm. Gələcəkdə nə baş verəcəyini isə indidən bilmək olmaz".

Prosineçkiyə meydan oxudu: "İmkan verməyəcəyik"

4 May 2017 12:24

"Dənizlispor"un sabiq baş məşqçisi Ali Tandoğan "Bursaspor"u çalışdırmaq arzusundadı. Gənc mütəxəssis yığmamızın çalışdırıcısı Robert Prosineçkinin "Bursaspor"a keçmək ehtimalını da dəyərləndirib. 40 yaşlı futbol adamı "ağ-yaşıllar"ın uğursuz çıxışının səbəbini futbolçu heyətinin zəif olması ilə əlaqələndirib. O, komandanın yeni və güclü futbolçulara ehtiyacı olduğunu deyib.

Ermənilərin Xədicə İsmayılı ürəkdən dəstəkləməsinin sirri ANALİTİKA+FAKT

4 May 2017 12:15

Məlum olduğu kimi, mayın 3-də Dünya Mətbuat Azadlığı günündə məşhur “əl-Cəzirə” TV-nin ingilisdilli saytında “Azadlıq Radiosu”nun əməkdaşı, eyni zamanda özünü “hüquq müdafiəçisi” kimi tanıtmağa cəhd edən Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib və X.İsmayıl həmin məqalədə gözlənildiyi kimi qərəz və böhtanları ilə hakimiyyətə qarşı arqumentsiz fikirlər səsləndirib.

“Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsinə start verilib

4 May 2017 12:13

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 2-ci mərhələsinə start verilib. SİA-nın məlumatına görə, yarış iştirakçıları paytaxdakı Veloparkdan Bakı-İsmayıllı marşrutu ilə hərəkətə başlayıblar. Velosipedçilər 187 km yol qət edərək İsmayıllı Mədəniyyət Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. Onların təxminən saat 15:10-da  mərhələni başa vurmaları gözlənilir.