“Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib 

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyevin milli dövlətçilik ideologiyası - Azərbaycançılıq, vətənçilik" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Heydər Əliyev dühası Azərbaycanı düçar olduğu bəlalardan xilas etməklə yanaşı, Azərbaycançılıq, dövlətçilik və vətənçilik ideologiyasının yaradılmasında birbaşa iştirak edib. Tədbirdə millət vəkili, Atatürk Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Heydər Əliyevin azərbaycançılıq məfkurəsi haqqında geniş məruzə ilə çıxış etib. Bildirdi ki, bu gün xalqımızda yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının vahid ideya, vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində olduqca vacibdir. Azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən idealogiyaya, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin tarixi xidmətidir və onun adı ilə bağlıdır. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ulu öndər, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini önə çəkib. Bu ideyaların dövlətimizin və millətimizin inkişafına, tərəqqisinə xidmət etdiyini və gələcək nəsillərə ötürülməsinin yüksək əhəmiyyət daşıdığını söyləyib. Tədbirin sonunda millət vəkili Nizami Cəfərova YAP Binəqədi rayon Təşkilatının Fəxri Fərmanı təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31