“Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsinə start verilib
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 2-ci mərhələsinə start verilib. SİA-nın məlumatına görə, yarış iştirakçıları paytaxdakı Veloparkdan Bakı-İsmayıllı marşrutu ilə hərəkətə başlayıblar. Velosipedçilər 187 km yol qət edərək İsmayıllı Mədəniyyət Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. Onların təxminən saat 15:10-da mərhələni başa vurmaları gözlənilir.
4 May 2017 12:13 İdmanBeynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turunun 2-ci mərhələsinə start verilib. Yarış iştirakçıları paytaxdakı Veloparkdan Bakı-İsmayıllı marşrutu ilə hərəkətə başlayıblar. Velosipedçilər 187 km yol qət edərək İsmayıllı Mədəniyyət Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. Onların təxminən saat 15:10-da mərhələni başa vurmaları gözlənilir.
Xatırladaq ki, ilk yarış günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər. 150 km məsafəni hamıdan tez İsrailin Pro-kontinental "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim keçib - 3 saat, 4 dəqiqə, 11 saniyə. Latviyanın kontinental "Rietumu Banka-Riga" komandasının təmsilçisi Emils Liepins və İtaliyanın Pro-Kontinental "Nippo Vini-Fantini" klubunun velosipedçisi Pyer Paolo de Neqri mərhələ qalibi ilə eyni vaxt göstəricisinə imza atsalar da, fotofinişə əsasən 2-3-cü yerləri tutublar. Azərbaycanın kontinental "Synergy Baku" komandasının üzvlərinin hamısı marşrutu ümumi pelotonda başa vurublar.
Qeyd edək ki, yarış iştirakçıları 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron- Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.
Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa marağı daha da artırıb. Sia.az