Təhsil naziri Misirin ali təhsil və elmi tədqiqat nazirinin birinci müavinini qəbul edib
Təhsil naziri Mikayıl Cabbarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam El-Din El-Sayed El-Malehini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin universitetlər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
4 May 2017 14:54 SosialTəhsil naziri Mikayıl Cabbarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam El-Din El-Sayed El-Malehini qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin universitetlər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.