Heydər Əliyev Oğuz Bilik evində anıldı
Martın 4-də Bilik Fondunun Oğuz rayon Bilik evində Ümummilli lider Heydər Əliyevin doğum gününün 94 illiyi münasibəti ilə “dəyirmi masa” keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Oğuz rayon Məşğulluq İdarəsinin əməkdaşları, rayon ziyalıları və Bilik Evinin müəllim və tələbələri iştirak edib.
4 May 2017 15:28 SosialMartın 4-də Bilik Fondunun Oğuz rayon Bilik evində Ümummilli lider Heydər Əliyevin doğum gününün 94 illiyi münasibəti ilə "dəyirmi masa" keçirilib. Fonddan "Olaylar" - a bildirlib ki, tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Oğuz rayon Məşğulluq İdarəsinin əməkdaşları, rayon ziyalıları və Bilik Evinin müəllim və tələbələri iştirak edib.
Tədbirdə çıxış edən Oğuz Bilik Evinin direktoru Anar Məcidov Ümummilli lider Heydər Əliyev və onun çoxşaxəli fəaliyyəti barədə "dəyirmi masa" iştirakçılarına məlumat verib. A.Məcidov bildirib ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir.
Daha sonra çıxış edən qonaqlar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıblar.