Azərbaycan prezidenti ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.
4 May 2017 15:53 SiyasətAzərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkəmizdə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub.
Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib, əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə prezidentİlham Əliyevə məlumat verib. Apa.az
***
Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Apa.az