Ermənistanı hər il 30 min insan tərk edir

2002-ci ildən bəri hər il 30 minə yaxın insan Ermənistandan köçür. Bunu hökumətin iclasında Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib. Onun sözlərinə görə, hazırda Ermənistandan köçün seçkilərlə bağlı olub-olmamasına dair statistika mövcud deyil.

2002-ci ildən bəri hər il 30 minə yaxın insan Ermənistandan köçür. Bunu hökumətin iclasında Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib. Onun sözlərinə görə, hazırda Ermənistandan köçün seçkilərlə bağlı olub-olmamasına dair statistika mövcud deyil. "2002-2007-ci illərdə hər il ölkədən 25-26 min insan köçürdüsə, 2007-2015-ci illərdə bu rəqəm 28-29 min olub. Əhalinin ölkədən köçməsində sosial-iqtisadi və siyasi səbəbləri nəzərə almaq lazımdır" - Qaqik Yeqanyan vurğulayıb. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31