BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü
Mayın – 4 də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyasının ölkə həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratdığını, onu qüdrətli dövlətə çevirdiyini bildirib.
4 May 2017 16:15 SosialMayın - 4 də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetdən "Olaylar" - a bildirlib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyasının ölkə həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratdığını, onu qüdrətli dövlətə çevirdiyini bildirib.
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov məruzə ilə çıxış edib.Ümummilli lider Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti haqqında danışan Əli Əhmədov bildirib ki, ulu öndərin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin və hərtərəfli islahatların müəllifi olması ayrıca yer tutur.
Universitetin kafedra müdirləri - akademik Vasim Məmmədəliyev və professor İzzət Rüstəmov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Sonda BDU-nun xeyli sayda əməkdaşı və tələbəsi YAP-a üzv qəbul olunublar.