Hüseyn Cavid Muğam Mərkəzində anılacaq
5 May 2017 09:47 Mədəniyyətİyunun 2-si Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində şair, yazıcı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili-ədəbi gecə keçiriləcək.
Konsertdə ADMİU - nun Muğam sənəti kafedrasının baş müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova və ADMİU - nun II kurs tələbəsi Məftun Səfərli iştirak edəcəklər.
Müşayiət edəcək ADMİU-nun xalq çalğı alətləri ansamblı: Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban), Soltan Məmmədov (nağara). Tədbirdə Hüseyn Cavidin şeirlərini bədii qiraət ustası, əməkdar artist, dosent Azad Şükürov səsləndirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31