Əbülfəs Qarayev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir"

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib. Nazir  bildirib ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir və tərəfdaş təşkilatların sayının artması da bunu göstərir: "BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ildən Forumun təşkilatçıları sırasında iştirak etməsi mühüm faktdır. İnanıram ki, iki gün ərzində tədbir iştirakçıları Azərbaycanın qidasının da dadlı, təhlükəsiz olduğunun şahidi olacaqlar".

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib. Nazir  bildirib ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir və tərəfdaş təşkilatların sayının artması da bunu göstərir: "BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ildən Forumun təşkilatçıları sırasında iştirak etməsi mühüm faktdır. İnanıram ki, iki gün ərzində tədbir iştirakçıları Azərbaycanın qidasının da dadlı, təhlükəsiz olduğunun şahidi olacaqlar". Nazir qeyd edib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öncəki illərlə keçirilən forumlardan bir sıra məqamlarla fərqlənir: "IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə beynəlxalq təşkilatların yüksək səviyyəli toplantısının keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, birinci vitse-prezident Mehriban Əliyeva Forumda iştirak edəcək. Bu il Azərbaycan və UNESCO-nun təşəbbüsü ilə ekstremizmlə mübarizə məsələlərinə həsr olunan toplantı təşkil ediləcək. Forum çərçivəsində turizm və mədəniyyət nazirləri bir araya gələcək. Qida təhlükəsizliyi ilə bağlı xüsusi bir sessiya keçiriləcək. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışı nəzərdə tutulub. Bundan başqa, Forum çəriçvəsində dünya parlamentləri nümayəndələrinin toplantısı keçiriləcək. Forum çərçivəsində xüsusi mükafat da təsis olunacaq". Ə.Qarayev əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil. O, bildirib ki, problemlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: "Azərbaycan belə dialoqa hazırdır. İstərdik ki, dünyada problemlər qarşılıqlı anlaşma, sülh yolu ilə həll olunsun. Ancaq hansısa dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmirsə, bu, müəyyən qədər həmin dialoqa hazır olmamasından xəbər verir. Forumda mədəniyyətlərarası dialoqun bu istiqamətdə rolu barədə ciddi müzakirələr aparılacaq".

BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser bildirib ki, BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur. BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi əlavə edib ki, mədəniyyətlərarası dialoqla sülhə nail olmaq mümkündür: "Bakı prosesi" bu baxımdan mühümdür. Mədəniyyətlərarası dialoq vacib bir elementdir. Mədəniyyətlərarası dialoqu gücləndirmək ekstremizmə qarşı mübarizədə çox vacibdir. Forumda irəli sürüləcək bir sıra təklif və təşəbbüslər, mükafatlar elan ediləcək. Mükafatın təsis olunması çox mühüm bir təşəbbüsdür. Mən Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda rolundan xəbərdaram".

UNESCO baş katibinin müavini Nada əl-Naşif qeyd edib ki, bu il keçirilən Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-nun cədvəlində əsas tədbirə çevrilib. Onun sözlərinə görə, Bakı forumu UNESCO mandatı ilə üstə-üstə düşür. "Biz danışmağa gəlməmişik, artıq əməllərə keçmişik", - deyə o vurğulayıb. Nada əl-Naşifin sözlərinə görə, Mədəniyyətlərarası Dialoq Forumu böyük bir tədbirə çevrilib.

BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai deyib ki, turizm dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcək. Bu da bu il Forumun əsas istiqamətlərindən biridir. Ümumdünya Turizm Təşkilatının baş katibi deyib ki, turizm dünyada ümumi ixracatın 7 faizini, ümumi xidmətin isə 30 faizini təşkil edir: "Turizm insanlar, xalqlar arasında dostluq bağlarının qurulmasında vacib rol oynayır. 2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində, o cümlədən bu il iqtisadi inkişafda turizm sektoru mühüm yer tutur. Sabah Forum çərçivəsində Azərbaycan hökuməti ilə birgə xüsusi iclasımız keçiriləcək. İclasda turizmin dəyişən gücü, transformasiyası ilə bağlı müzakirələr aparılacaq".

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Aparatının rəhbəri Mario Lubetkin deyib ki, Bakı prosesində yeni ideya və təklifləri dinləmək vacibdir: "Biz dünyanın müxtəlif ölkələrindən millət vəkilləri, şəhər merləri və başqalarını bir araya gətirmişik. İnanırıq ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nümayəndələri Bakı forumunun potensialını dünyaya çatdıracaqlar. Bu forum tədbir deyil, bu, prosesdir".

BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Baş katibinin müavini Əmr Abdel Ghaffar qeyd edib ki, Bakı prosesi mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Builki forumdan da gözləntimiz budur. Onun sözlərinə görə, turizm iqtisadi sahə olmaqla yanaşı dostluq körpülərin qurulmasında da mühümdür: "Turizm 2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində mühüm yer tutur. Sabah forum çərçivəsində xüsusi sessiyamız nəzərdə tutulub ki, orada bu sahənin inkişafı ilə bağlı 5 əsas istiqamət müzakirə olunacaq. Biz ümid edirik ki, paneldə iştirak edənlərin sayı çox olacaq".

Alim  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31