“Bakı poeziyada və musiqidə” mövzusunda ədəbi-musiqili tədbir
5 May 2017 10:25 MədəniyyətAMEA Nizami Gəncəvi adına Ədəbiyyatı Muzeyində bu qurumun və "AYTAM" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən "Bakı poeziyada və musiqidə" mövzusunda ədəbi-musiqili tədbir keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, əvvəlcə iştirakçılar ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar. Muzeyin direktoru, akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyevin çoxcəhətli və zəngin fəaliyyətindən söz açıb, ümummilli liderin Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafındakı xidmətlərini xüsusi vurğulayıb.
Azərbaycan bəstəkarlarının yaradıcılığında Bakıya həsr olunan çoxlu mahnıların olduğunu deyən R.Hüseynov tədbirin Ədəbiyyatı Muzeyi ilə "AYTAM" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi tərəfindən birgə təşkil olunduğunu diqqətə çatdırıb. Tədbirdə Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bakı şəhər məktəbliləri şeirlər söyləyib, musiqi nömrələri ifa ediblər.