Tələbə lideri güllələndi
Venesueladakı Milli Tələbə Mərkəzi Federasiyasının (Federacion de Centro de Estudiantes) Ansoateqi ştatındakı Politexnik Universitetindəki (Universidad Politecnica Territorial Jose Antonio Anzoategui, UPTJAA) təşkilatının rəhbəri Xuan Lopes güllələnərək qətlə yetirilib.
5 May 2017 11:51 İdmanVenesueladakı Milli Tələbə Mərkəzi Federasiyasının (Federacion de Centro de Estudiantes) Ansoateqi ştatındakı Politexnik Universitetindəki (Universidad Politecnica Territorial Jose Antonio Anzoategui, UPTJAA) təşkilatının rəhbəri Xuan Lopes güllələnərək qətlə yetirilib. El Tiqre şəhərində 28 yaşlı tələbəyə tapançalı şəxs hücum edib. X.Lopes Venesuelada genişmiqyaslı etiraz aksiyaları başlayandan bəri həlak olmuş 37-ci şəxsdir. Aksiyalarda 717 nəfər yaralanıb.
Xuan Lopes tələbə təşkilatının toplantısında çıxış edərkən güllələnib. Atışmada daha 3 nəfər yaralanıb. Venesuelanın Baş Prokurorluğu qətli təsdiqləyib. Ölkədə etiraz aksiyaları prezident Nikolas Maduronun müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətinin azaldılması ilə təşəbbüsündən sonra başlayıb. Bu təşəbbüsü Ali Məhkəmə rəsmiləşdirib.
Qərar sonradan ləğv edilsə də, müxalifət Ali Məhkəmənin hakimlərinin işdən kənarlaşdırılmasını və ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Milli.az Globovision-a istinadən xəbər verir.