Politoloq: “Forumun təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”

“Bu günlərdə Bakı şəhərində BMT, Avropa Şurası və  YUNESKO-nun, tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu nüfuzlu beynəlxalq təşkilatların ökəmizə olan diqqətin təzahürüdür”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

"Bu günlərdə Bakı şəhərində BMT, Avropa Şurası və  YUNESKO-nun, tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu nüfuzlu beynəlxalq təşkilatların ökəmizə olan diqqətin təzahürüdür". Bunu politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, dialoq çərçivəsində müzakirə olunan məsələlərin mövzusu ölkəmiz üçün Avropa və sivil dünya ailəsinə qoşulmasına yönəlmiş  bir istiqamətdir: "BMT - nin Sivilizsaiyalar Alyansı, Ümumdünya Turizm təşkilatı və Ərzaq və Kənd Təsərrüaftı təşkilatlarının təcrübəsinə yiyələnmək, eləcə də turizmin inkişafının və ərzaq təhlükəsizliyi təminatının yaradılması gələcək inkişafımızın qarantıdır. Forumda Avropa Şurası ilə parlamentlərarası münasibətlərin inkişafı, sivilizasiyalararası münasibətlərin mohkəmələndirilməsi dialoqu xüsusi önəm daşıyır. Həmçinin dialoq çərçivəsində zorakı ekstremizmə qarşı mübarizə, regionda sülhün yaranması, mədəniyyətlərarası münasibətlərin qurulmasının təşviqi və dinlərarası bərabərliyin qorunması məsələləri müzakirə ediləcək.

Bu forumun Bakıda keçirilməsinin təşkilini  indiyə qədər keçirilən nüfuzlu beynəlxalq tədbirlərin davamı kimi qiymətləndirirəm.Bu forumun təşkili  ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31