"Qəbələ"nin zədəlisi qayıtdı
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub zədəsini sağaldıb. Bu barədə ukraynalı futbolçu özü məlumat verib. 30 yaşlı oyunçu hazırda "Qəbələ" ilə birlikdə Naxçıvanda olsa da, "Qarabağ"la keçiriləcək Azərbaycan kubokunun final matçında iştirak edə bilməyəcək.
5 May 2017 13:18 İdman"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub zədəsini sağaldıb. Bu barədə ukraynalı futbolçu özü məlumat verib. 30 yaşlı oyunçu hazırda "Qəbələ" ilə birlikdə Naxçıvanda olsa da, "Qarabağ"la keçiriləcək Azərbaycan kubokunun final matçında iştirak edə bilməyəcək.
O, artıq tam sağaldığını və məşqlərə başladığını söyləyib: "Zədə ilə bağlı heç bir problemim qalmayıb. Fərdi məşqlərə start vermişəm. Düzdü, tam hazır olmaq üçün hələ zamana ehtiyacım var. Yay təlim-məşq toplanışı zamanı kollektivlə birlikdə məşqlərdə iştirak edə biləcəm".
Qeyd edək ki, Vitali Vernidub sonuncu dəfə fevralın 8-də, Premyer Liqanın XVII turu çərçivəsində AZAL-la qarşılaşmada meydana çıxıb. Həmin görüşün birinci hissəsində zədələnərək əvəzlənən ukraynalı 3 aydı komandaya kömək edə bilmir. Apasport.az