Tələbələrin əl işləri nümayiş etdirilib
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması” ixtisası üzrə istehsalat təcrübəsində olan tələbələrin əl işləri nümayiş etdirilib. Təhsil ocağının mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, istehsalat təcrübəsinin yekunlarına həsr olunan tədbirdə tələbələr əvvəlcə hesabatlarını təqdim ediblər. Daha sonra tələbələrin hazırladığı zərgərlik məmulatları və bəzək əşyalarına baxış keçirilib. Əl işləri kollecin müəllim və tələbə heyətində böyük maraq doğurub.
5 May 2017 13:38 SosialBakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması" ixtisası üzrə istehsalat təcrübəsində olan tələbələrin əl işləri nümayiş etdirilib. Təhsil ocağının mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, istehsalat təcrübəsinin yekunlarına həsr olunan tədbirdə tələbələr əvvəlcə hesabatlarını təqdim ediblər. Daha sonra tələbələrin hazırladığı zərgərlik məmulatları və bəzək əşyalarına baxış keçirilib. Əl işləri kollecin müəllim və tələbə heyətində böyük maraq doğurub.
Qeyd edək ki, tələbələrin təcrübə rəhbəri zərgərlik sənətində öz sözünü demiş, kifayət qədər tanınan Eduard Şamaryayevdir. Zərgərlik emalatxanasının rəhbəri isə Xatirə Quliyevadır. Hər iki şəxs əl işlərinin hazırlanmasında tələbələrə lazımi istiqamət veriblər.