Beynəlxalq qurum tərəfindən BNA əməkdaşlarına sertifikatlar təqdim edilib

Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektiv tərəfindən həyata keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, 90 % gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir.

Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektiv tərəfindən həyata keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, 90 % gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu məqsədlə, bu ilin fevral mart aylarında əməkdaşlar "GEMMS" Group ilə birlikdə təşkil edilmiş treninqlərə cəlb edilib. Treninqdə əməkdaşlara, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, onlara beynəlxalq idarəçilik təcrübələrinin aşılanması, peşəkar istiqamətdə daha da inkişafa nail olmaları ilə bağlı təlimatlar verilib. Sonda, iştirakçılara müvafiq olaraq Sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31