Narkomaniyaya qarşı mübarizə yolları müzakirə edilib

Masallı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı Rayon Polis şöbəsinin rəis müavini, polis polkovniki Polad Qarayev, DTX-nın Masallı Rayon şöbəsinin əməkdaşı Rasim Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, rayonun təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Masallı şəhər Heydər Əliyev Mərkəzində "Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı Rayon Polis şöbəsinin rəis müavini, polis polkovniki Polad Qarayev, DTX-nın Masallı Rayon şöbəsinin əməkdaşı Rasim Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, rayonun təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının birinci müavini, Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayonu Komissiyasının sədri Nadir Abıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018- ci illər üçün Proqramı" barəsində məlumat verərək bu sahədə rayonda görülən işlərdən danışıb. O, bu sahədə görülən işlərin sırasında DQİDK ilə aparılan birgə tədbirləri xüsusi vurğulayıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov narkomanlıqla mübarizə sahəsində şöbənin ötən dövr ərzində gördüyü işlərdən bəhs edərək, bölgədəki dini icmalarda keçirilən tədbirlərdən, xüsusilə də sosial layihələr çərçivəsində keçirilən tədbirlərin çoxunun narkomaniya və zərərli vərdişlərlə mübarizəyə həsr edilməsini və həmin tədbirlərin məktəblərdə aparıldığını söyləyib.O, gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya və zərərli vərdişlərlə mübarizə işlərinin gündəlik aparılacağını, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31