Rianna filmə çəkilir

Məşhur amerikalı müğənni Rianna dünən Nyu-Yorkun Bruklin səmtində idi.  29 yaşlı pop-hahzadə "Ocean Eight" ("Ouşenin səkkiz rəfiqəsi") filminin çəkilişlərinə qatılmışdı. 

Məşhur amerikalı müğənni Rianna dünən Nyu-Yorkun Bruklin səmtində idi.  29 yaşlı pop-hahzadə "Ocean Eight" ("Ouşenin səkkiz rəfiqəsi") filminin çəkilişlərinə qatılmışdı. Rejissoru Qeri Ross olan bu film "Ocean Eleven" filminin spin-offudur. "Ocean Eight" filminin premyerası 2018-ci ilin iyun ayında olacaq. Filmdə baş rollarda Sandra Bullok, Keyt Blanşett, Helena Bonem Karter, Enn Heteuey, Rianna, Sara Poulson və Mindi Kalinq çəkilirlər. Milli.az TMZ-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31