Gündəm
Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən daha 12 nəfər tutuldu
Türkiyənin Adana əyalətində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 12 nəfər tutulub. Bu barədə yerli hüquq-mühafizə orqanları bildirib. Onların 2-si İraq, 5-i Suriya və 5-i Türkiyə vətəndaşıdır.
Cibuti Milli Assambleyasının sədri: Bakıda keçirilən forum mədəniyyətlərarası dialoq üçün geniş imkanlar verir
Bakıda keçirilən forum mədəniyyətlərarası dialoqa nail olmaq üçün bizə geniş imkanlar verir. Bunu Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Həmid Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” adlı panel sessiyasında çıxışı zaman deyib.
Federasiya prezidenti: "Bu, Azərbaycanın nüfuzundan xəbər verir"
2017 İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz Azərbaycanın artan nüfuzundan xəbər verir. Üstəlik, Azərbaycanın daha etibarlı və təhlükəsiz bir ölkəyə çevrildiyini sübut edir.
"Bakı Forumu qlobal problemlərin həllinin axtarışında mühüm rol oynayır"
"İstənilən münaqişəli situasiya və anlaşılmazlıqların həllində ən yaxşı vasitə danışıqlar və müzakirələrdir". Bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının turizm üzrə baş katibinin müşaviri, Orta Şərq üzrə regional direktor Amr Abdel Qaffar Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.
Beyninə qan sızan müğənnidən xəbər var: həkim ümidsiz danışdı
Erməni maraqlarına xidmət edən vətəndaş cəmiyyəti nümayəndələri
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkədə müşahidə edilən müsbət tendensiyalardan biri də vətəndaş cəmiyyətinin inkişafı, QHT sektorunun yaradılması oldu. Etiraf etmək lazımdır ki, bu sektorda qısa müdətdə bir canlanma, inkişaf baş verdi. Xüsusilə, Qərbin, Avropanın müəyyən dairələrinin müstəqil respublikalarda vətəndaş cəmiyyətini inkişaf etdirmək məqsədilə yeni yaranan təşkilatlara qrantlar ayırması bu sahəni ayrı-ayrı şəxslər üçün daha cəlbedici edirdi.
İdarəetmə strukturlarında ixtisarlar zərurətə çevrilib
Baş nazirin müavini Əli Əhmədovun ölkədə idarəetmə sistemində şişirdilmiş aparat problemi ilə bağlı yazısı geniş ictimai müzakirəyə səbəb olub. Əli Əhmədov qeyd edib ki, Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir. “İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir”.
Avropa Şurası siyasi simasını çoxdan itirib
AŞPA-nın Türkiyə dövlətinə qarşı monitorinqin bərpası qərarı qardaş ölkənin prezidenti Rəcəb Tayyub Ərdoğan tərəfindən “rədd edildi”. Düzgün yanaşma idi. Avropa Şurasının qurucularından olan, Türkiyəyə qarşı bu sayaq davranma siyasi etiketlərə də uyğun deyildi. Məsələ ilə bağlı millət vəkilləri və siyasi ekspertlər müvafiq şərhlər verərək AŞ-nın bu qərarını müxtəlif səbəblərlə əlaqələndirdilər.
Züleyxa Nadir yazır...Toy sahibinə “toy tutan” müğənnilər və aciz ziyalılar
Məşhur filmdə deyildiyi kimi, elimizin toy kimi gözəl adəti var. Amma həmin gözəl adət bu gün öz formasını itirərək sosial bəlaya çevrilib. Pulu çox olanlar dəbədəbəli toy edirlər, kasıbların əli o cür toya çatmır, ortabablar isə bir-biri ilə bəhsə girirlər ki, başqasından dala qalmasınlar. Əslində bu toy biznesidi və həmin alverdə iri şəbəkə fəailyyyət göstərir. Bu şəbəkənin əsas dayaqları toyu yola vermək üçün 5 minlə 15 min manat arasında “qiymət oxuyan” müğənnilər və şadlıq saraylarıdı. Toy biznesində qazanan və itirənlər olur.
Türkiyə, İordaniya və ABŞ Suriyada əməkdaşlıq edə biləcəklərmi?
Rusiya və İranın Suriyada apardıqları siyasət bölgənin əsas dövlətləri olan Türkiyə və İordaniya kimi ölkələri cavab addımları atmağa məcbur etməkdədir. Tükriyə öz Cənub sərhədlərinin müdafiəsi və təhlükəsizliyi üçün “ Frat Qalxanı” əməliyyatını həyata keçirərək qismən də olsa öz sərhədlərini və bölgənin asayişini bərpa etməyə nail ola bildi. Bu halda Suriyanın Cənub qonşusu olan və bu ölkədəki münaqişədən çox zərər görmüş olan İordaniyanın mövqeyi necə olacaq?
Mehriban Əliyeva: "Bakı Forumu çərçivəsində aparılacaq müzakirələr dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcək"
Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.
“Bütün gəmilər məhv ediləcək” - ABŞ Rusiya limanlarının işğalına hazırlaşır
“Rusiya limanlarının ABŞ-ın nəzarətinə verilməsi beynəlxalq təhlükəsizliyin saxlanılmasının ümumi konsepsiyasında yazılmayıb”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Andrey Krasov bildirib.
Bermud üçbucağının sirri çözüldü
ABŞ alimlərinin peyk vasitəsilə əldə etdikləri şəkilləri öyrənməsi ilə Bermud üçbucağının sirrini açacaq bir fakt ortaya çıxıb. Üçbucaqda yerləşən buludların forması ilk olaraq alimlərin diqqətini çəkib. Məsələ burasındadır ki, adətən buludların kənarı nahamar olur. Amma Bermud səmasının buludları istisnadır. Bunun səbəbi araşdırılarkən ortaya güclü küləklərin mövcudluğu çıxıb. Belə ki, Bermud üçbucağında saatda 274 km sürətində külək əsir. Bu cür küləyin təsiri ilə okeanın üzərində 14 metrə çatan dalğalar yaranır. Belə fırtınaya və qasırğaya heç bir gəmi və ya təyyarə dözə bilməz – dərhal havaya sovrular.
Soçidə Qarabağı problemi niyə müzakirə edilmədi?
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyub Ərdoğanın 3 mayda Soçidə keçirilən görüşü ətrafında müzakirələr davam edir. Bu görüşün həm Moskva, həm də Ankara üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləmək olar. Ən azından ona görə ki, tərəflər bəzi məsələrdə ümumi razılıq əldə edə bildilər. Ancaq Soçi görüşündə prezidentlərin Qarabağ məsələsini müzakirə etməməsi Azərbaycan üçün heç də xoş bir hal kimi qarşılanmadı. Bəs görəsən Putin-Ərdoğan görüşündə Qarabağ məsələsi nədən diqqət kənarında qaldı?














