Türkiyə, İordaniya və ABŞ Suriyada əməkdaşlıq edə biləcəklərmi?

Rusiya və İranın Suriyada apardıqları siyasət bölgənin əsas dövlətləri olan Türkiyə və İordaniya kimi ölkələri cavab addımları atmağa məcbur etməkdədir. Tükriyə öz Cənub sərhədlərinin müdafiəsi və təhlükəsizliyi üçün “ Frat Qalxanı” əməliyyatını həyata keçirərək qismən də olsa öz sərhədlərini və bölgənin asayişini bərpa etməyə nail ola bildi. Bu halda Suriyanın Cənub qonşusu olan və bu ölkədəki münaqişədən çox zərər görmüş olan İordaniyanın mövqeyi necə olacaq?

Rusiya və İranın Suriyada apardıqları siyasət bölgənin əsas dövlətləri olan Türkiyə və İordaniya kimi ölkələri cavab addımları atmağa məcbur etməkdədir. Tükriyə öz Cənub sərhədlərinin müdafiəsi və təhlükəsizliyi üçün " Frat Qalxanı" əməliyyatını həyata keçirərək qismən də olsa öz sərhədlərini və bölgənin asayişini bərpa etməyə nail ola bildi. Bu halda Suriyanın Cənub qonşusu olan və bu ölkədəki münaqişədən çox zərər görmüş olan İordaniyanın mövqeyi necə olacaq?

"Əl-Həyat" qəzetinin və "Global Resarch" jurnalının iddialarina görə hal-hazırda İordaniya Suriya ilə sərhəd olan rayonlarında aktiv şəkildə hərbi qüvvələr toplamqdadır və ABŞ ilə İngiltərə də Ammana hər şəkildə yardım etməkdədir. Yaxın zamanlarda Türkiyənin Suriyanın Şimalında təhlükəsizlik əməliyytalrını genişləndirəcəyi xəbərləri də gəlməkdədir. Bir neçə gün
əvvəl Sincar bölgəsində aparılan hava hərəkatı da bunun bir əlaməti kimi dəyərləndililə bilər.

Türkiyə Suriyada başlayan vətəndaş müharibəsindən ən çox zəzər çəkən ölkə oldu. Müharibədən qaçan 3 milyon qaçqın Türkiyə üçün ciddi maddi və mənəvi yük olaraq qalmaqdadır. Demək olar ki , Türk xalqı bu yükü heç bir xarici ölkənin yardımını almadan təkbaşına daşımaq məcburiyyətində qaldı. İŞİD və YPG kimi terror təşkilatları da ölkənin hüdudlarına daynaraq 2015-2016-cı illərdə ölkənin bir çox yerində terror aksiyası törədərək çoxlu sayda günahsiz insanı qətlə yetirdilər. Nəticədə Ankara " Fırat Qalxanı" addımını atmaq məcburiyyətində qaldı. Hal hazırda İŞİD də İordaniya sərhəddinə yerləşərək ölkənin daxilində Bakaa , Maan, Vahdad şəhərlərində hüquq-mühafizə orqanlarının binalarına və əməkdaşlarına qarşı terror aksiyaları törətdilər. 2016-cı ilin dekabırında isə Əl-Qarakə turist mərkəzinə hücum edərək ölkədəki turizm sektoruna ciddi zərər vurmağa cəhd etdilər. İordaniya Kralı II Abdulla aprelin 5 də "Vaşınqton Post" qəzetinə veridiyi açıqlamada isə İŞİD-ə qarşı ABŞ və Böyük Britaniya ilə birgə mübarizə aparacaqlarını bəyan etmişdir. Məlumata  görə Suriyanın həm Şimalında Ankaranın keçirdiyi təhlükəsizlik əməliyytları həm də  ölkənin Cənubunda başladılacaq  hərbi müdaxilə terrorçu təşkilatlarla mübarizə ilə bərabər İranın bölgədə daha çox yayılmasını əngəlləmək məqsədi güdə bilər.  Kral II Abdullanın ifadəsinə görə Suriya ərazisində hərbi fəaliyyətdə olan İran birlikləri İran, İraq, Suriya və Livan-Hizbullah ilə coğrafi əlaqə quraraq bu geniş bölgəni öz nəzarətlərinə almaq niyyətindədir.

İkinci narahat edici amil əlbəttə ki, Rusiyanın Suriyaya müdaxiləsidir. Türkiyə Suriya  hududundaki təhlükəsizliyi təkbaşına Əl-Bab bölgəsində isə Azad Suriya Ordusu birlikləri ilə bərabər təmin etdiyi halda, İordaniya sərhəddində vəziyyət fərqlidir. Qərb mediya orqanlarının iddialarna görə hələ 2013-cü ildən etibarən İordaniyanın Suriya ilə həmsərhədd olduqları bölgələrdə amerkan və ingilis xüsusi təyinatlı birlikləri yerləşərək burada bir çox əməliyyat keçiriblər. Məsələn, 2013-cü ildə İngilis xüsusi SAS birliklərinin Suriyanın cənubundaki Əsəd rejiminə aid olan Hava Hücumundan Müdafiə sistemini məhv etdiyi xəbərələri yayıldı.
2014-cü ildən etibarən isə İordaniya Suriya ərazisindəki İŞİD mövqelərini havadan bombalamağa başladı. 2015-ci ilin sonunda isə Türkiyə ilə İordaniyanın Suriyaya bufer bölgələri qurmaq məqəsdilə birgə müdaxilə edəcəkləri siqnalları gəlməkdə idi.

Bizim fikirimizə görə, Suriyaya Şimaldan müdaxilə və İordaniyanın ABŞ ilə İngiltərə ilə bərabər müdaxiləsi sadəcə burada İran təsirini zəiflətmək məqsədi daşımamaqdadır. Əməliyatın nəticəsində Amerikanın nüfuz dairəsi daha da genişlənə bilər və Dar əz Zur şəhərinə qədər hücumla nəticələnə bilər. Türkiyə üçün bu əməliyyatın ABŞ- ın və Britaniyanın İordaniya ilə
birgə aparılmasının əhəmiyyəti nə ola bilər? Ankara üçün ABŞ-ın müttəfiq olaraq İordaniya Krallığını seçməsi YPG kimi leqal bir təşkiltatı seçməsindən daha müsbət bir addım olar, çünki İordaniya ilə Ankaranın bölgədə bir-birinə yaxın mənafeləri , çox isti dost münasibətləri mövcuddur və Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi birgə müttəfiqləri var. Hər iki ölkə Moskvaya Şamda güclənən İran amili ilə əlaqədar narahatçılıqlarnı dəfələrlə ifadə ediblər. Putinin qarşısında bu məsləni qaldırıblar. Bir çox Qərb qaynaqlarının məlumatına görə, Moskva da İranın və İranpərəst quvvələrin Suriyada çox güclənməsini arzu etmir. Bəzi mülahizələrə görə Kreml Tehranı bölgədə özünə qarşı ciddi rəqib olaraq görür və Suriyanın gələcəyi üçün geyri-sabitlik qaynağı olduğunu hesab edir. Türkiyə də, İordaniya da ABŞ- in müttəfiqləri olduqları halda belə, Moskva ilə çox yaxın münasibətləri qorumağa cəhd edirlər. Rusiya prezidenti Putin ilə son zamanlar ən çox görüşən, danışıqlar aparan liderlərin başında şübhəsiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İordaniya Kralı II Abdulla gəlməkədirlər. Son zamanlar İordaniya xüsusi xidmət orqanlarının Suriya xüsusi
xidmət orqanlarına Qərb ölkələrinin kəşfiyyat təşkilatları ilə rabitə qurmaqda vasitəçilik etdiyi də bir çox media orqanlarında işıqlandılırmışdır. Ammanın hal-hazırda da qeyri-rəsmi danışıqlarda aktiv rol oynadığı iddia edilir. Böyük ehtimal var ki, Ankaranın da Moskvanın da bütün bu görüşmələrdən və danışıqlardan xəbərləri vardır.

Hadisələrin gedişatı onu deməyə imkan verir ki, Türkiyənin Suriyadaki hərbi varlığının genişlənməsi və yeni əməliyytalara başlaması, münaqişəyə ABŞ-in İngiltərənin də daxil olması ilə İordaniyanın cəlb edilməsi ölkənin daha bir neçə "rus", "amerikan" təsir dairələrinə bölünməsinə və İranının bu meydandan sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər. Bölgədə Tehran ilə Moskva arasında sadəcə əməkdaşlığın olmadığı rəqabətin və ciddi fikir ayrılığının olduğunu da nəzərə alsaq, bu ehtimal göz ardı edilməməlidir. Moskva İranın mövqelərini tam olaraq qorumasa da Tehranın tam olaraq səhnədən çəkilməsinə razı olamya bilər. Suriyadaki Rusiya mənafelərinin təminatı və Əsədin taleyi də Trampın əlindədir. Görək Donald Tramp nə deyəcək?


Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31