Gündəm

İnsan orqanizmi üçün zərərli gel və qeyri-qida əlavələrinin satışı ilə məşğul olan şəxs tutulub

5 May 2017 16:14

Ayrı-ayrı şəxslər tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə guya insanın artıq çəkisinin azaldılması üçün nəzərdə tutulan “Nano Thermal Gel” gellərinin keyfiyyətsiz olması və həmin vasitələrdən istifadə edən şəxslərin orqanizmlərində ciddi fəsadlar yaratdığı barədə çoxsaylı şikayətlər daxil olub.

Baş pediatr: “Azərbaycanda anaların 48 faizi subyektiv səbəblərdən körpəsinə süd vermir”

5 May 2017 16:13

Azərbaycanda 1 yaşa qədər uşaqların 48-52 faizi ana südü ilə qidalanır. APA-nın xəbərinə görə, Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev “Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair” seminarda çıxışı zamanı bildirib ki, ana südünün verilməməsinin əsas səbəbi süd vermək istəyinin olmamasından irəli gəlir.

Prezident: “Turistlərin Azərbaycana rahat gəlmələri üçün hər cür şərait yaradılıb”

5 May 2017 16:10

Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulanıb.

Səməd Seyidov: "Dünyanın çətin dövründə yeni yanaşmaya böyük ehtiyac var"

5 May 2017 16:06

"Sivilizasiyalar arasında mədəni əlaqələrin yaranmasında siyasətçilərin və parlament üzvlərinin rolu mühümdür". Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədən körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında deyib.

Qadın ölümündən 12 saat sonra polisə zəng etdi?

5 May 2017 16:03

ABŞ-da maraqlı olay baş verib. 911 operatoru olaraq çalışan adı açıqlanmayan polis məmurunun başına gələnlər eşidənləri şoka salıb.

Sürücülər daha sükan arxasında yuxulaya bilməyəcək

5 May 2017 16:01

AzTU-nun SABAH qruplarının tələbələri ADA universitetində keçirilən «Seedstars World» adlı yarışda qalib gəliblər. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, ixtiraçılar universitetin «Kompüter mühəndisliyi» ixtisasının IV kurs tələbələri olan Şahin Xəlilov, Taleh Qurbanov, Alim Babazadə və İdrak Əsədbəylidən ibarət «Wake Me UP» adlı startap komandası ilə yarışa qatılıblar.

Lütfi Zadə adına Məntiq Olimpiadasının final mərhələsi keçiriləcək

5 May 2017 16:01

Mayın 6-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının final mərhələsi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, finalda olimpiadanın məktəbdaxili mərhələsinin nəticələrinə əsasən, ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinifləri üzrə uğur qazanan 2041 şagird iştirak edəcək. Olimpiadanın final mərhələsi saat 11:00-da başlayacaq və 12:30-da başa çatacaq. İlk turda olduğu kimi, final mərhələsində də şagirdlərə 30 test sualı təqdim olunacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

5 May 2017 15:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulandı.

"Ermənistan Qarabağ münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışır"

5 May 2017 15:47

"Təxminən 25 il əvvəl belə fikir irəli sürülmüşdü ki, "soyuq müharibə" başa çatdıqdan sonra dünya ölkələrinin birinci, ikinci, üçüncü ölkələrə bölünməsinin mənası bitib və sivilizasiyaların toqquşması, İslam aləmi ilə Qərb dünyasının toqquşması qaçılmaz olacaq". Bu sözləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda paneldə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Dəniz nəqliyyatında məsuliyyət artırılır

5 May 2017 15:45

Dövlət Dəniz Administrasiyasında cari ilin 4 may tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin rüblük iclası keçirilib.

'Neft Daşları”nda 1887 saylı özüldə yenidənqurma işləri həyata keçirilib

5 May 2017 15:43

''Neft Daşları” yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılıb.

ABŞ Şimali Koreya liderinə sui-qəsd hazırlayıb

5 May 2017 15:42

Şimali Koreya ABŞ və Cənubi Koreyanı dövlət başçısı Kim Yonq Ina qarşı sui-qəsd planlaşdırmaqda ittiham edib. Şimali Koreyanın rəsmi xəbər agentliyi ABŞ və Cənubi Koreya xüsusi xidmət orqanlarının Pxenyandakı tədbirlər zamanı Kim Yonq Unu öldürmək istədiyini yazıb. Qeyd edilib ki, hələlik məlum olmayan kimyəvi maddə ilə Şimali Koreya liderinin zəhərlənməsinə çalışan qüvvələr bununla bağlı plan qurub.

BVF: Azərbaycan qeyri-effektiv xərclərini azaldacaq

5 May 2017 15:40

Azərbaycan hökuməti 2018-ci ildə məhsuldar olmayan dövlət investisiyalarını ixtisara salacaq. Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, dövlət xərclərinin azaldılması sayəsində qeyri-neft fiskal kəsir ÜDM-in 13,5%-nə qədər azaldılması planlaşdırılır.

Azərbaycanda bu işlər yalnız gecələr yerinə yetiriləcək

5 May 2017 15:34

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə müraciət edib. Nazirlikdən  verilən məlumata görə, Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması 2017-ci ilin may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.